22 ildir çimmir


Digərləri 05 Avq 2022 18:16:00 269 0

22 ildir çimmir

Hindistan sakini 40 yaşında qadınlara qarşı cinayətlər, ərazi mübahisələri və günahsız heyvanların öldürülməsi davam etdikcə çimməyəcəyinə and içib. O vaxtdan bəri o, heç vaxt vədindən dönməyib.

Son.az bildirir ki, bu haqda "Times Now" yazıb.

Biharın Baikantpur kəndindən olan 62 yaşlı Dharmadev Ram 22 ildir çimmir. "1975-ci ildə Qərbi Benqalın Caqatdala şəhərindəki fabrikdə işləyirdim. 1978-ci ildə ailə qurdum və normal həyat sürdüm. Amma 1987-ci ildə birdən başa düşdüm ki, ərazi mübahisələri, heyvanların öldürülməsi, qadınlara qarşı vəhşiliklər artıb. Məni şagird kimi qəbul edən və doğru yola yönəldən bir guruya müraciət etdim", - o izah edib.

2000-ci ildən bəri Ram çimməkdən imtina etdi və oğlu və arvadının ölümündən sonra belə andından dönməyib. Buna baxmayaraq, kişi yaxşı məqsəd güddüyü üçün qonşular onu qınamırlar.