"Ərimə kimlə yatmaq istədiyini seçmək imkanı verirəm"


Digərləri 05 Avq 2022 18:36:00 194 0

"Ərimə kimlə yatmaq istədiyini seçmək imkanı verirəm"

Tailand sakini sosial şəbəkələrdə ərinə məşuqə tapmaq üçün kampaniya təşkil edib.

Son.az bildirir ki, bu barədə "Daily Star" məlumat yayıb.

44 yaşlı Pattima TikTok-da ərinin məşuqəsi üçün vakansiya elan edib. Namizədlərə çoxsaylı tələblər irəli sürülüb. Onların yaşı 30-dan aşağı və 35-dən yuxarı olmamalı, ali və ya yüksək təhsilli olmalı və İİV-ə yoluxmaması barədə tibbi arayış olmalı idi. Bunun müqabilində məşuqəyə ayda 15 000 bat (təxminən 415 dollar) maaş, pulsuz yaşayış və yemək vəd edilib.

"Ofisdə sənədlərə kömək etmək üçün iki işçi işə götürüləcək, başqa biri mənə, ərimə və uşağıma baxmalı olacaq", - Pattima qeyd edib və ərinin məşuqələri ilə yaxşı davranacağını vəd edib.

"Mən ərimə kimlə yatmaq və ya kimlə olmaq istədiyini seçmək imkanı verirəm. Heç bir qrafik olmayacaq, özü seçə biləcək", - o deyib.

Yazı 56 mindən çox bəyənmə və 2 min şərh toplayıb. Nəticədə cütlük ailəyə məşuqə kimi qoşulan 33 yaşlı qadını tapıb.

Daha sonra Pattima bildirib ki, qadın ərinin ümidlərini tam doğrultmayıb. O, əvvəlcə üç namizədin işə qəbulunu elan etsə də, bundan sonra vakansiya bağlanıb.

İrfan Vəliyev Son.az