Azərbaycanın qorxu janrında ilk serialı


Digərləri 05 Avq 2022 17:28:00 225 0

Azərbaycanın qorxu janrında ilk serialı

"Red Fox" studiyasının istehsal etdiyi və Azərbaycanın ilk qorxu-fantaziya janrında qısametrajlı serialı "İblisin kitabı" təqdim olunacaq.

Son.az xəbər verir ki, 3 bölümdən ibarət ekranın işinin hər seriyasında tamaşaçılara yeni hekayə göstəriləcək.

"İblisin kitabı"nın ilk bölümü 13 avqustda YouTube platformasında - "Red Fox" kanalında yayımlanacaq. Qeyd edək ki, serialın rejissoru Səid Qurbanovdur. Köməkçi rejissor Ülvi Əsgərov, quruluşçu operator Elnar Emin, ssenari müəllifləri Səid Qurbanov və Ayşən Rəhimovadır.