“Dalğa Beach”də dava: Xarici tələbə


Digərləri 05 Avq 2022 17:08:00 126 0

“Dalğa Beach”də dava: Xarici tələbə

Bakıda əcnəbi tələbə döyülüb.

Son.az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtda yerləşən "Dalga Beach" istirahət mərkəzində qeydə alınıb. 

Azərbaycan Tibb Universitetinin tələbəsi, İraq vətəndaşı, 1995-ci il təvəllüdlü Hussein Kamil Gumar ilə Türkiyə vətəndaşı, 1977-ci il təvəllüdlü Fuad Böyük Limat arasında dava olub.

Dava zamanı Türkiyə vətəndaşı iraqlı tələbəni döyüb. İraqlı tələbə hadisə ilə bağlı polisə məlumat verib. 

Daxil olan məlumat əsasında Xəzər rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.