TDT Azərbaycanın Londondakı səfirliyinə hücumu


Siyasət 05 Avq 2022 17:18:00 145 0

TDT Azərbaycanın Londondakı səfirliyinə hücumu

Türk Dövlətləri Təşkilatı Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə edilmiş hücumu pisləyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın "Twitter" səhifəsinə yazılıb.

"Türk Dövlətləri Təşkilatının təsisçi üzü Azərbaycanın Londondakı səfirliyinə radikal dini qruplar tərəfindən törədilən hücumu pisləyirik. Bu insanlıqdan kənar aksiyanın ətraflı şəkildə araşdırılmasını tələb edirik", - bəyanatda deyilir.

Xatırladaq ki, səfirliyə bir qrup şəxsə tərəfindən hücum ötən gün qeydə alınıb. Hücuma görə London polisi 8 nəfərin saxlandığını bildirib.