Rusiyanın hərbi itkiləri


Dünya 05 Avq 2022 16:44:00 130 0

Rusiyanın hərbi itkiləri

"Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 41 650 hərbçisi məhv edilib".

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusunun digər döyüş itkiləri 1 792 tank, 4032 zirehli döyüş maşını, 950 artilleriya sistemi, 260 reaktiv yaylım atəşi sistemi, 123 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 742 PUA, 182 qanadlı raket, 15 gəmi, 2 964 avtomobil texnikası və avtosistern, 83 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, rəqib ən çox Donetsk istiqamətində itki verib.