Avropada qazın qiyməti 2100 dollardan aşağıdır


Digərləri 05 Avq 2022 15:24:00 144 0

Avropada qazın qiyməti 2100 dollardan aşağıdır

Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın sentyabr fyuçerslərinin qiyməti 2100 ABŞ dollarından aşağıdır.

Son.az report-a istinadən xəbər verir ki, bu gün qeydə alınan ən aşağı qiymət 2 094,4 dollar, ən yüksək qiymət 2 109,2 dollardır.

ICE-də ən yaxın qaz fyuçerslərinin orta aylıq qiyməti 50%-dək artıb. Belə ki, iyun ayında min kubmetr üçün 1180 dollar olan orta qiymət iyul ayında təqribən 1805 dollar təşkil edib.