Ticarət mərkəzinin gözətçisi 13 yaşlı uşağı
Dünya 05 Avq 2022 14:52:00 86 0
Bu xəbəri də oxu: İŞİDin Suriyadakı rəhbəri
Rusiyada Nijni Novqorodda ticarət mərkəzinin gözətçisi 13 yaşlı uşağın üzərinə qaynar su töküb.
Son.az bildirir ki, bu barədə "Ni Mash" Telegram kanalına xəsarət alan uşaq məlumat verib.
Onun sözlərinə görə, oğlan və dostunun ticarət mərkəzində içki olan avtomatdan tez-tez istifadə etməsi gözətçinin xoşuna gəlməyib. Uşaqlar qaynar suyu süzmək üçün yaxınlaşdıqda, kişi əsəbiləşib və onlardan birinin əlindəki stəkanı alaraq içindəkini ayağına töküb. Oğlan getmək istəsə də, gözətçi başqa bir stəkan götürərək məktəblinin yaxasına qaynar su atıb.
Nəticədə uşaq I və II dərəcəli yanıq xəsarətləri alıb və hazırda evdə reabilitasiyadadır. Mühafizə şirkətinin rəhbəri uşağın anasına gözətçini işdən çıxardığını deyib və ona 4 min rubl (təxminən 66 dollar) məbləğində təzminat təklif edib. Qadının sözlərinə görə, o, polisə ərizə yazıb. Öz növbəsində gözətçi hesab edir ki, baş verənlərdə uşaqların özləri günahkardır və qaynar su onlara ciddi ziyan vurmamalı idi.
İrfan Vəliyev Son.az
Xalq artisti Flora Kərimova uzun müddət qalmaqal yaşadığı həmkarı Röya

Ağdamda qədim tarixə malik mədəni irs nümunələri aşkar edilib.

2020-ci ilin 10 noyabr razılaşmasına görə, Qarabağda 5 il müddətinə dis

Son.az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

Apteklərdə planlı yoxlamaların nəticələri açıqlanıb.

Avqustun 6-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağ

"Survivor All Star 2022"nin çempionu Nisa Bölükbaşı aktyor sevgil

Demək olar ki, bütün dünyanın "Turkish Delight" (Türk ləzzəti)

Cənub Qaz Dəhlizinin genişlənməsi Avropa İttifaqının (Aİ) şaxələndir

Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin stratej

Avqustun 2-də Tovuz rayon Polis Şöbəsinə rayonun Aşağı Öysüzlü kəndi

"Bizim kənddə belə bir adət-ənənə var ki, böyük yerbəyer olmalıd

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Baş naziri Nikol
