Ağdamda orta əsrlərə aid küp qalıqları aşkar edildi FOTO


Kriminal 05 Avq 2022 14:20:00 204 0

Ağdamda orta əsrlərə aid küp qalıqları aşkar edildi  FOTO

Ağdamda qədim tarixə malik mədəni irs nümunələri aşkar edilib.

Bu barədə Dövlət Xidməti tərəfindən məlumat verilib.

Torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən müvafiq qaydada monitorinqlər və mühafizə tədbirləri həyata keçirilir.

Nazirlər Kabinetinin 132 nömrəli qərarına uyğun şəkildə Ağdam rayonu üzrə dövlət qeydiyyatına götürülən tarix və mədəniyyət abidələrindən olan rayonun Mireşelli kəndində yerləşən Şomullutəpə və Paşabəyli kəndində yerləşən Rəsultəpə yaşayış yerindən yağış sularının yuyulması nəticəsində qədim və orta əsrlərə aid küp qalıqları və saxsı qabların parçalanmış hissələri aşkar edilib. Aşkarlanmış bütün küp qalıqları Ağdam rayon Tarix və Diyarşunaslıq muzeyinə təhvil verilib.