“Ağakərimin vəziyyətində irəliləyiş yoxdur”


Şou-biznes 05 Avq 2022 09:30:00 131 0

“Ağakərimin vəziyyətində irəliləyiş yoxdur”

Uzun müddətdir səhhətində problem olan meyxanaçı Kərim Novruzovun (Ağakərim) vəziyyətində bir dəyişiklik yoxdur.

Son.az olay-a istinadən xəbər verir ki, bu barədə onun sənət dostu Ağamirzə Məmmədov məlumat verib.

O bildirib ki, söz ustasının müalicəsi davam edir:

"Amma bir irəliləyiş görünmür. Mən xeyli vaxtdır yanına getmirəm. Gedəndə də salam verirəm, o da uzanmış olur. Haradasa 10 dəfə təkrar edəndən sonra cavab verir. Beş-üç dəqiqə baxıb qayıdıram. Otura bilmir, dura bilmir. Danışanda da başa düşülmür. Söz deyəndə o, səni anlamır, cavab vermir".

Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. Ötən il isə yenidən insult keçirib.