Ərdoğan bu gün Soçiyə gedir: Qarabağ müzakirədə
Siyasət 05 Avq 2022 08:38:00 90 0
Avqustun 5-də Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü zamanı müzakirə olunacaq mövzulardan biri Qarabağla bağlı ola bilər.
Bu xəbəri də oxu: Azərbaycan XİN Laçında meşələrin yandırılmasına münasibət bildirib FOTO
Son.az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya-Türkiyə Sosial Forumunun baş katibi və Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov iki liderin görüşündə müzakirə olunacaq məsələləri dəyərləndirərkən deyib.
"İlk növbədə tərəflərin müzakirə edəcəyi mövzu ABŞ və Avropanın tətbiq etdiyi sanksiyalarından birgə yayınma məsələsidir. İkinci taxılla, üçüncü məsələ isə Türkiyənin mümkün Suriya əməliyyatı ilə bağlı ola bilər. Fikrimcə, Rusiya bir tərəfdən Türkiyənin təhlükəsizlik sahəsindəki maraqlarını nəzərə almaq, digər tərəfdən isə Türkiyə Silahlı Qüvvələri ilə Suriya ordusu arasında baş verə biləcək münaqişənin qarşısını almaq üçün Türkiyə ilə bərabər sülhü qorumaqla bağlı müxtəlif variantlar hazırlamaqda maraqlıdır.
Dördüncü məsələ Qarabağ problemidir. Hazırda bölgədə toqquşmalar yenidən başlayıb. Bununla belə, Rusiya və Türkiyə Qarabağda atəşkəsə nəzarətdə birgə iştirak edir.
Beşincisi, nüvə enerjisi sahəsində əməkdaşlıqdan tutmuş turizmə qədər iqtisadi məsələlər bütün müzakirə olunacaq məqamlara daxil ola bilər".
Markov iki lider arasında keçiriləcək görüşün bütün dünyaya qarşılıqlı siyasi anlaşma nümunəsi göstərəcəyini bildirib.
İngiltərə Bankı inflyasiya proqnozları fonunda faiz dərəcəsini 0,5 faiz

ABŞ polisi Minnesota ştatının Blumington şəhərindəki "Mall of Ameri

ABŞ, Fransa və Böyük Britaniya birgə bəyanatda Nüvə Silahlarının Yayı

Bakıda özünü general Hikmət Həsənov kimi təqdim edən şəxsə hökm oxu

"Münaqişə yalnız Rusiyanın Ukrayna ərazisindən çıxması ilə bitə

Avqustun 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan R

Ukrayna ordusu ölkənin cənubunda 3 silah anbarını məhv edib.

"Özünü müsəlman adlandıran bir qrup şəxsin Azərbaycanın Londondak

ABŞ hökuməti meymunçiçəyini səhiyyədə fövqəladə vəziyyət elan edib

İspaniyada mənşəyi məlum olmayan hepatitdən ilk uşaq ölümləri qeydə a

Azərbaycanın Londondakı səfirliyində dövlət bayrağı bərpa edilib.

4 avqust 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə Türki

ABŞ-ın Vayominq ştatında Uolt Disney ailəsinə məxsus olmuş ranço (Latı

Mədəkiçiltmə əməliyyatı etdirən qadın qan qusaraq ölüb.
