Bu ölkənin sakinlərinə həyat səviyyəsinin ən güclü enişi proqnozlaşdırılıb
Dünya 05 Avq 2022 08:24:00 228 0
İngiltərə Bankı inflyasiya proqnozları fonunda faiz dərəcəsini 0,5 faiz bəndi artıraraq 1,75 faizə çatdırıb və bu, son 27 ildə ən böyük artımdır.
Son.az Trend-ə istinadən bildirir ki, proqnozlara görə, qazın qiymətinin qalxması ilə bağlı ilin sonuna inflyasiya 13 faizə çata bilər. Bundan əlavə, İngiltərə Bankı xəbərdarlıq edib ki, 2022-ci ilin dördüncü rübündən etibarən ölkə iqtisadiyyatı 2023-cü ilə qədər tənəzzüldə olacaq.
Bu, 2008-ci il maliyyə böhranından bəri ən uzunmüddətli tənəzzüldür. Bununla əlaqədar olaraq, britaniyalılara həyat səviyyəsinin son 60 ildə ən güclü enişi proqnozlaşdırılıb.
Mənbə: milli.az