Dənizdə, hovuzda çiməndə danışmayın


Digərləri 04 Avq 2022 23:35:00 107 0

Dənizdə, hovuzda çiməndə danışmayın

Dənizdə, hovuzda, göldə çimən zaman sakit olmaq və danışmmamaq, gülməmək lazımdır.

Son.az bakupost-a istinadən xəbər verir ki, bu barədə qulaq-boğaz həkimi Vladimir Zayçev məlumat verib.

Açıq su hövzələrində çimən, üzən zaman ağzınızı açmayın, dəniz, hovuz suyunun yuxarı tənəffüs yollarına düşməsinə imkan verməyin. Çünki bu orqanizm üçün zərərli ola bilər.

Çirkli su traxeya, bronx və ağciyərlərin iltihabi proseslərinə səbəb olan mikroorqanizm və bakteriyalarla doludur. Əgər immunitet bacarmasa, pnevmoniya ola bilər.

Ona görə dənizdən, hovuzdan bir neçə gün sonra temperatur qalxa bilər.

Yuxarı tənəffüs yollarını qırtlaq altı qoruyur. İnsan suda üzərkən, çimərkən danışıb, gülürsə traxeyanın yolu açıq qalır, su istər-istəməz burdan keçir. Əgər insan üzərkən ağzını yumsa, heç bir pis hadisə baş verməyəcək. Uzaq başı su mədəyə düşəcək.