Günahların bağışlanmasının 4 amili


Digərləri 04 Avq 2022 23:40:00 162 0

Günahların bağışlanmasının 4 amili

İnsan günah işlədə bilər, çünki məsum deyildir. Məsumlar (ə) nəinki günah işlətməz, bəlkə heç onun fikrini belə etməzlər. İnsan lazımlı mərifətə malik olmadığına görə günah işlədə bilər və hər birimiz qəbul edə bilərik ki, günahkarıq. Əgər günahımızdan peşman olsaq, bizim üçün tövbə qapısı açıq olar.

Günahların bağışlanmasının 4 amilinə nəzər salaq;

Çətinlikdə və bolluqda infaq etmək, qəzəbini yatızdırmaq, bir-birini bağışlamaq və başqalarına sevgi göstərmək - dörd amildir ki, əgər insan ona əməl edə bilsə günahları bağışlanar.

İnfaq etmək

Əgər insan malik olduqlarını öz malı və öz malikiyyəti hesab etsə, səhv və yanlış olar. Əgər bilsən ki, malik olduqlarının həqiqi maliki sən deyilsən, bu zaman infaq etmək sənin üçün asan olar.

Həzrət Peyğəmbər (s) buyurur: "Yoxsulluq sərvətdən daha yaxşıdır. Məgər o halda faydalıdır ki, zəngin öz sərvətindən pərişan halda olan borclunun borcunu ödəyər, onlara borc yükündən nicat verər. Müsəlman dilənçiyə və çətinliyə düşənə yardım edər".

Allah Təala buyurur ki, siz infaq edənlərin əvəzini Mən sizə verirəm. "De: "Həqiqətən, mənim Rəbbim bəndələrindən istədiyinin ruzisini (ümumun mənafeyinə və kamil bir quruluşun tələbinə əsasən) bol edər və azaldar və (Allah yolunda) sərf etdiyiniz hər bir şeyin əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır"". ("Səba" 39).

Möminlər infaq etməyi mal-dövlətin azalması kimi qəbul etməzlər, bəlkə qənimət bilərlər. Lakin o kəslər ki, Quran maarifindən xəbərdar deyildirlər, infaq etməyi zərər hesab edərlər.

İnfaqın miqdarı insanın mərifətindən asılıdır. Bəzən infaq - ruzi infaqıdır. "(Mal-dövlət cəhətindən) zəngin olan kimsə (zövcəsi və övladı üçün) öz var-dövlətinə görə xərcləsin və ruzisi az olan kimsə Allahın ona verdiyindən xərcləsin; Allah əsla imkan verdiyindən artıq bir şeyi heç kəsin üzərinə vəzifə qoymaz. Allah hər hansı çətinlikdən sonra tezliklə bir asanlıq yaradar". ("Təlaq" 7).

Bəzən infaq fədakarcasınadır. İmam Əli (ə) baxmayaraq ki, üç gün yemək yemirdi, öz yeməyini yoxsula verir. Bəli, bu infaq - fədakar bir infaqdır.

Qəzəbi yatızdırmaq.