Norveç kralı xəstəxanaya yerləşdirilib


Dünya 04 Avq 2022 23:14:00 207 0

Norveç kralı xəstəxanaya yerləşdirilib

Norveç kralı V Harald qızdırma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kral Sarayından məlumat verilib.

Bildirilir ki, 85 yaşlı kralın vəziyyəti sabitdir.

Qeyd edək ki, 31 il əvvəl taxta çıxmış V Harald son illərdə çox sayda cərrahiyyə əməliyyatı keçirib. 2021-ci ildə Covid-19-a yoluxmuş kral sağaldıqdan sonra dizindən əməliyyat olunub. 2020-ci ildə isə onun ürək klapanları dəyişdirilib.