Lavrov və Blinken Kambocada


Dünya 04 Avq 2022 23:16:00 156 0

Lavrov və Blinken Kambocada

ABŞ Dövlət katibi Entoni Blinken və Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Kambocada görüşəcək.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Şübhə etmirəm ki, əgər onun (Entoni Blinken - red.) Lavrovla söhbət etmək imkanı olarsa, bunu edəcək. Əgər bu, birbaşa baş verməsə, əminəm ki, katib Blinken özü görüş istəyəcək" - deyə Kirbi bildirib.