Allaha gözəl borc vermək


Digərləri 04 Avq 2022 22:40:00 169 0

Allaha gözəl borc vermək

İnsanın ali mənəvi dərəcəyə çatmasının şərtləri vardır. Onlardan biri malından infaq etmək və sədəqə verməkdir. Yəni, insanın Allaha olan əlaqəsi o qədər çox olar ki, malından Allah yolunda infaq edər.

İslam dini başqalarına borc verməyi Allaha borc vermək kimi dəyərləndirir. Onun üçün çox sayda savab verir.

"Kim Allaha gözəl bir borc verməyə hazırdır ki, Allah (da) onu (qaytararkən) onun üçün neçə qat artırsın? (Ruzini) azaldan da, çoxaldan da Allahdır. Ona tərəf qaytarılacaqsınız". ("Bəqərə" 245).

Borcun bəzi şərtləri vardır:

1. Halal maldan olmalıdır.

2. Sağlam olmalıdır.

3. İstifadə üçün zəruri olmalıdır.

4. Minnətsiz olmalıdır.

5. Riyasız olmalıdır.

6. Gizli olmalıdır.

7. Eşqlə verilməlidir.

8. Tez verilməlidir.