Mövlanadan ibrətamiz nəsihət


Digərləri 04 Avq 2022 22:55:00 113 0

Mövlanadan ibrətamiz nəsihət

Mövlana Cəlaləddin Ruminin müasiri olan hakimlərdən biri şairdən xahiş etdi ki, ona nəsihət versin.

Mövlana bir az düşündükdən sonra soruşdu:

- Zənnimcə, Qurani-kərimi əzbər bilirsən?.

Hakim təsdiq etdi. Mövlana bir daha dəqiqlşdirdi:

- Hədis sahəsində də təhsil almısan, deyilmi?

Hakim yenə "bəli" cavabını verdi. Şair kinayəqarışıq təbəssümlə söylədi:

- Əgər Allahın kitabından, Peyğəmbərin kəlamlarından ibrət götürə bilməmisənsə, adi bəndənin nəsihətindən sənə nə fayda gələcək?!