Aristotelin nəzərində insanın ən qəribə rəftarı


Digərləri 04 Avq 2022 22:20:00 117 0

Aristotelin nəzərində insanın ən qəribə rəftarı

Aristoteldən soruşurlar ki, insanın ən qəribə rəftarı hansıdır?

Cavab verir: "Uşaqlığından yorular və böyümək üçün tələsər. Sonra uşaqlıq illəri üçün darıxar.

Əvvəlcə mal əldə etmək üçün salamatlığından sərmayə qoyar. Sonra isə əldən getmiş sağlamlığını qaytarmaq üçün pul tökər.

Elə yaşayar ki, sanki heç bir zaman ölməyəcəkdir. Sonra da yaşamamış kimi ölər. Zamanını həyatını qurmaq üçün o qədər sərf edər ki, yaşamaq üçün vaxt tapmaz.

Gələcək haqqında o qədər düşünər ki, bu gününün əldən getdiyinə diqqət etməz. Halbuki, artıq həyat keçmişdir və gələcək yoxdur.