Allahtaala Öz peyğəmbərlərinə çobanlığı tapşırardı


Digərləri 04 Avq 2022 21:40:00 112 0

Allahtaala Öz peyğəmbərlərinə çobanlığı tapşırardı

İmam Sadiq (ə) buyurur: "Allah Təala elə bir peyğəmbər məbus etməmişdir, məgər o halda ki, o, qoyunların çobanlığını etmiş olsun".

Hədislərimiz buyurur ki, peyğəmbərlərin (ə) əksər hissəsi məbus olmazdan əvvəl çoban olmuşdular. Bu peyğəmbərlərdən biri Davud (ə) və biri də Süleyman (ə) olmuşdur.

Həzrət Peyğəmbər (s) buyurur: "Allah, Davudu (ə) o halda məbus etdi ki, o, bir çoban idi. Həmçinin Həzrət Musanı (ə) çoban olan zaman məbus etmişdi. Mənim də Ciyad məntəqəsində ixtiyarımda qoyunlar var idi (yəni, Peyğəmbərimiz (s) buyurur ki, o da çoban idi)".

İmam Rza (ə) buyurur: "Allah Səmuelə belə vəhy edir: "Calut o kəs tərəfindən qətl ediləcəkdir ki, Musanın (ə) zirehi onun qaməti ölçüsündədir. O, Lavi ibni Yəqubun övladlarındandır ki, adı Davuddur".

O zaman ki, Talut Bəni-İsrayil hökumətinin başına keçir, onları Calutla vuruşmaq üçün toplayır. Məmurlarına əmr edir ki, İşanı və övladlarını gətirsinlər. Sonra Musanın (ə) zirehini bir-bir onların əyninə gedindirir. Bəzisinə böyük olur, bəzisinə kiçik.

Talut deyir: "Sənin nəslindən kimsə vardırmı ki, burada olmasın?".

O, cavab verir ki, "Bəli. Kiçik oğlumu qoyunları saxlamaq üçün göndərmişəm"".

Həmçinin Süleyman peyğəmbərin (ə) çoban olması barəsində oxuyuruq. İmam Cavad (ə) buyurur: "Allah, Davuda (ə) vəhy edir ki, Süleymanı canişini etsin və o, uşaq idi ki, qoyunları otarırdı. Ancaq Bəni-İsrayiln abidləri və alimləri onu qəbul etmədilər".