Bu vitamin reanimasiya xəstələrini tez ayağa qaldırır –


Digərləri 04 Avq 2022 21:01:00 72 0

Bu vitamin reanimasiya xəstələrini tez ayağa qaldırır –

Vitamin C orqanizmdə bir çox vacib həyati proseslərdə iştirak edir. Məsələn o, noradrenalin və vazopressinin sintezində iştirak edir, energetik mübadiləni tənzimləyir. Həmçinin bu vitamin təzyiqi salır, ağrını azaldır, qanda qlükozanı endirir, bronxların yığılmasına qarşıdır.

Son.az medicina.az-a istinadən bildirir ki, alimlər C vitaminin bu kimi təsirini nəzərə alıb, xəstəxanaların reanimasiya şöbələrində müalicə alan xəstələyə yüksək dozada təyinini məsləhət görür. Çünki reanimasiyada olan xəstələrdə bu vitamin defisiti səbəbindən stress, infeksiya, travma baş verir. Əməliyyatdan sonrakı dövrdə ağırlaşmalar çox olur.

Reanimasiya xəstələrinə vitamin C yeridilməsi onların bu şöbədə qalma müddətini xeyli qısaldıb.

Alimlər 6 təcrübə aparıb, hansı ki, xəstələrə sutkada 2 qr peroral C vitamini verilib. Nəticədə xəstələr reanimasiya mərhələsini tez atladıblar. Ona görə də bu sadə və ucuz variantın bütün reanimasiya tədbirlərində tətbiq olunması vacibdir