MSKnın struktur tərkibi təsdiq edildi


Siyasət 04 Avq 2022 21:11:00 76 0

MSKnın struktur tərkibi təsdiq edildi

Məzahir Pənahovun sədrliyi ilə avqustun 4-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Bu haqda Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə Komissiyanın 2022-ci il iyulun 26-da keçirilmiş iclasının protokolu təsdiq olunub. Sonra Mərkəzi Seçki Komissiyasının normativ xarakterli aktlarına dair məsələyə baxılıb. Komissiyanın qərarı ilə bəzi normativ xarakterli aktlar son dövrlər qanunvericilikdə edilmiş dəyişikliklərə uyğunlaşdırılıb.

MSK-nın Nəzarət-təftiş xidmətinin yenidən formalaşdırılması da iclasda müzakirə olunub. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Nəzarət-təftiş xidməti Mərkəzi Seçki Komissiyasının üzvlərindən, eləcə də Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Mərkəzi Bank və Hesablama Palatasının mütəxəssislərindən ibarət tərkibdə təsdiq edilib və Komissiyanın üzvü xidmətin rəhbəri təyin olunub.

İclasda, həmçinin Mərkəzi Seçki Komissiyası Katibliyinin strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi ilə bağlı məsələyə baxılıb və Komissiya üzvlərinin müzakirəsindən sonra Katibliyin Əsasnaməsində müvafiq dəyişikliklər edilməsi qərar alınıb. Qəbul edilən qərara əsasən, Katibliyin Ümumi şöbəsinin tərkibində yeni "İnsan resursları" sektoru yaradılıb, "Media və ictimai əlaqələr" şöbəsinin adı dəyişdirilərək "Media və kommunikasiya" şöbəsi olub. O cümlədən Katibliyin strukturunda "Siyasi partiya və ictimai təsisatlarla iş" şöbəsinin fəaliyyətə başlaması, "Seçkilərlə (referendumla) bağlı siyasi partiyalarla iş" və "Siyasi partiyaların maliyyə hesabatları üzrə iş" sektorlarının sözügedən şöbənin tərkibinə daxil olunması nəzərdə tutulub.

Mərkəzi Seçki Komissiyası bir sıra seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişliklər də edib.

Tövbədə gizlənən 2 tofiqat like
  • 04 Avq 21:10  
Digərləri Tövbədə gizlənən 2 tofiqat

"Sonra Allah Öz rəhməti ilə onlara üz tutdu ki, tövbə etsinlər və

arrow Ətraflı
bp BTC kəməri ilə neft like
  • 04 Avq 21:08  
Digərləri bp BTC kəməri ilə neft

2022-ci ilin birincia yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasit

arrow Ətraflı
Röya Ayxan "Şazeli Bahçe" Festival çərçıvəsində konsert ilə like
  • 04 Avq 21:07  
Şou-biznes Röya Ayxan "Şazeli Bahçe" Festival çərçıvəsində konsert ilə

Xalq artisti Röya Ayxan 5 avqust Mərdəkanda yerləşən "Dalğa beach&qu

arrow Ətraflı
Tüklü qolaltısının fotoları ilə yüz min dollar qazanır like
  • 04 Avq 21:05  
Digərləri Tüklü qolaltısının fotoları ilə yüz min dollar qazanır

20 yaşlı kollec tələbəsi OnlyFans platformasında qolaltını nümayiş etd

arrow Ətraflı
“Baydenin oğlu” like
  • 04 Avq 21:04  
Dünya “Baydenin oğlu”

Özünü Baydenin oğlu hesab edən gənc ABŞ səfirliyinin hasarından bir ne

arrow Ətraflı
Estoniya: Rusların AByə girişi qadağan edilsin! like
  • 04 Avq 21:03  
Dünya Estoniya: Rusların AByə girişi qadağan edilsin!

Yeni sanksiyalar paketinə rusların Avropa İttifaqına girişinə qadağan edi

arrow Ətraflı
Bu vitamin reanimasiya xəstələrini tez ayağa qaldırır – like
  • 04 Avq 21:01  
Digərləri Bu vitamin reanimasiya xəstələrini tez ayağa qaldırır –

Vitamin C orqanizmdə bir çox vacib həyati proseslərdə iştirak edir. Məsə

arrow Ətraflı
Azyaşlı övladına içki içirən qadını polisə verdilər  FOTO like
  • 04 Avq 21:00  
Dünya Azyaşlı övladına içki içirən qadını polisə verdilər FOTO

İngiltərəinin Dover şəhərində körpəsinə içki içirən qadının gör

arrow Ətraflı
Goranboyda dəhşətli qəza like
  • 04 Avq 20:59  
Digərləri Goranboyda dəhşətli qəza

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Putinə aid olduğu iddia edilən iqamətgahı tikən memar like
  • 04 Avq 20:57  
Dünya Putinə aid olduğu iddia edilən iqamətgahı tikən memar

Rusiya Prezidenti Vladimir Putinin İtaliyada yaşayan "şəxsi memarı&quo

arrow Ətraflı
Bir insan qızını necə böyütməlidir ki, Peyğəmbərimizlə behiştdə qonşu olsun? like
  • 04 Avq 20:55  
Digərləri Bir insan qızını necə böyütməlidir ki, Peyğəmbərimizlə behiştdə qonşu olsun?

İffətli və təqvalı qız övladı böyütmək - dinimizin ən böyük göst

arrow Ətraflı
Hz. Əyyubun problemlə üzləşdikdə etdiyi dua like
  • 04 Avq 20:50  
Digərləri Hz. Əyyubun problemlə üzləşdikdə etdiyi dua

أَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُ أَنِّي مَسَّ

arrow Ətraflı
Avropa uşaqlarının əməl etdiyi 7 qidalanma qaydası – like
  • 04 Avq 20:45  
Digərləri Avropa uşaqlarının əməl etdiyi 7 qidalanma qaydası –

Hər bir ana sağlam və tərbiyəli övlad yetişdirmək arzusundadır. Amma ye

arrow Ətraflı
Quranın qalası olan surə  “Bəqərə” surəsinin məqamı like
  • 04 Avq 20:40  
Digərləri Quranın qalası olan surə “Bəqərə” surəsinin məqamı

"Bəqərə" surəsi Mədinədə nazil olmuşdur və 286 ayəsi vardır

arrow Ətraflı
Apteklərdə Luqol və Dimedrol niyə tapılmır? like
  • 04 Avq 20:35  
Digərləri Apteklərdə Luqol və Dimedrol niyə tapılmır?

Son bir neçə həftədir ki, ilkin tibbi yardım üçün lazım olan pereparatl

arrow Ətraflı