Ceyhun Bayramov yeni səfiri qəbul etdi FOTO
Siyasət 04 Avq 2022 20:04:00 88 0
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın yeni təyin olunmuş səfiri Qurbanməmmet Elyasovu qəbul edib.
Bu xəbəri də oxu: Ermənistanda 2 günlük matəm
XİN-dən Son.az-a verilən məlumata görə, diplomat etimadnaməsinin surətini nazirə təqdim edib.
C.Bayramov səfiri təyinatı münasibətilə təbrik edib. Nazir Azərbaycanla Türkmənistan arasında tarixi köklərə malik dost və qardaşlıq münasibətlərinin yeni inkişaf mərhələsinə çatdığını, ölkələrimiz arasında son illərdə həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərlərin, aparılan dialoqun və imzalanmış normativ-hüquqi sənədlərin əhəmiyyətini qeyd edib. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın təsdiq edilməsindən irəli gələn işlər, bu xüsusda iki ölkə arasında inkişaf edən tərəfdaşlığın vacibliyi vurğulanıb.
Səfir Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun ən səmimi salamlarını çatdıraraq iki ölkə münasibətlərinin hazırkı vəziyyətini yüksək qiymətləndirib, qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın səmərəliliyini və müsbət dinamikasını qeyd edib. Xalqlarımız və ölkələrimiz arasında tarixi, mədəni və etnik birliyə əsaslanan əlaqələrdən məmnunluğunu diqqətə çatdırıb. Siyasi, iqtisadi, ticarət, nəqliyyat kimi istiqamətlərdə əməkdaşlığın daha da inkişafı üçün potensialın olduğunu bildirib və səylərini əsirgəməyəcəyini xüsusi vurğulayıb.
Görüşdə həmçinin dövlətlərimizin regional əməkdaşlıq formatlarında iştirakı, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək kimi məsələlərə diqqət yetirilib.
Nazir səfirə Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.
İngiltərə Bankı (Böyük Britaniyanın mərkəzi bankı) ölkədə uçot də

2022-ci ilin birinci yarısında "Şahdəniz" yatağı üzrə fəaliyy

Bakının Suraxanı rayonunda 1993-cü il təvəllüdlü Elbəy 1978-ci il təv

Ermənistanda hərbi qulluqçu 1995-ci il təvəllüdlü, sıravi Atom Arutunyan

Necə rəftar edək ki, başqaları sözümüzə inansın və biz də şəxsiyy

Hər bir müsəlman istəyir ki, aqibətinin necə olması ilə xəbərdar olsun

Rusiyanın İvanovsk vilayətində çalışan həkim pediatr Şeqolova Lyudmila

Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlan

Qiyamət günü insanın dərk və şüuru dünyada olan dərk və şüurdan dah

Allergiya dedikdə ağlımıza ən çox yaz ayları və çiçək tozları gəl

Hələ qədim zamanlardan bəri əxlaq və din alimləri əxlaqi mövzularını

Ac qalmaq immun sisteminə müsbət təsir edir.

Azərbaycanda hər il ürək-damar xəstəliklərindən ölüm bütün ölüm s
