Psixoloqlar autizmli uşaqları döyür Jurnalistdən


Digərləri 04 Avq 2022 20:25:00 142 0

Psixoloqlar autizmli uşaqları döyür  Jurnalistdən

Jurnalist Esmira Cavadova autizmli uşaqların psixoloqlar tərəfindən döyüldüyü ilə bağlı paylaşım edib.

Jurnalist bildirib ki, valideynlər bu kimi halların ictimailəşdirilməsindən yayınırlar: "Mən dəfələrlə autizmli uşaqların psixoloqlar tərəfindən döyüldüyünü eşitmişəm. Elə anaların öz dilindən eşitmişəm. Ancaq hər dəfə ictimailəşdirmələrini təklif edəndə, fikirləşmək üçün möhlət istəyib, sonra da fikirlərindən daşınıblar.

Bir neçə gün əvvəl yenə oxşar hadisə barədə eşitdim, hətta ana ilə Vatsap üzərindən danışdım, hər dəfə bir bəhanə ilə yayındı. Halbuki, gözünün qarşısında baş verənlərlə bağlı yazdığını oxuyanda adamın tükləri bizbiz olurdu.

Dediyinə inansaq, psixoloq uşağı ananın gözü qarşısında təpiyinin altına salıb döyüb, iş polisdədir. Ay evə çatım, zəng edəcəm, ay ərimlə məsləhətləşim, danışacam, ay polisdən çıxım, gələcəm, mənasız bəhanələrlə uşağının başına gələnləri ictimailəşdirməkdən yayındı.

Əgər həqiqətən də uşağın döyülməsini ictimailəşdirməsinə "el-aləm nə deyər" düşüncəsiylə əri mane oldusa, elə atanın özünü təpik altına salmaq lazımdır.