Bu unitazlar infarktı öncədən xəbər verəcək –


Digərləri 04 Avq 2022 20:30:00 148 0

Bu unitazlar infarktı öncədən xəbər verəcək –

Alimlər infarkt və insulta haqda məlumat verən tualet hazırlayıblar.

Britaniyalı alimlər insana insult və infarkt haqda məlumat verən "ağıllı tualet" hazırlayıblar.

Son.az medicina.az-a istinadən bildirir ki, qurğunun oturacağında insanın ürək çatışmazlığını, yüksək qan təzyiqini və ürək döyüntülərini müəyyən edən xüsusi sensorlar quraşdırılıb.

Alimlərin sözlərinə görə, unitazın oturacağının üzərində yerləşdirilən sensorlu qurğu ürək tutmaları tezliyini, həmçinin, qandakı oksigen miqdarını və qan təzyiqini təyin edir.