Bakıda qonşular arasında dəhşətli dava: "Pəncərəmi döyüb arvadımla..." –


Digərləri 04 Avq 2022 19:57:00 157 0

Bakıda qonşular arasında dəhşətli dava: "Pəncərəmi döyüb arvadımla..." –

Bakının Suraxanı rayonunda 1993-cü il təvəllüdlü Elbəy 1978-ci il təvəllüdlü qonşusu Əhmədi (adlar şərti verilib - red.) qətlə yetirib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il oktyabrın 29-da baş verib. Elbəy həmin gün Əhmədi yaşadığı evin yaxınlığında mübahisə zamanı bıçaqlayaraq öldürüb.

İstintaq orqanı tərəfindən Elbəyin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılıb.

"Ara-sıra görüşmüşəm"

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Elbəy özünü təqsirli bilməyib. O bildirib ki, 2019-cu ilin əvvəllərində Ləmanla nişanlanıb: "12 iyul 2020-ci ildə rəsmi nikaha daxil olduq. Ləmanı sevib ailə həyatı qurmamışam. Qohumlarımın təklifi ilə evlənmişik.

Ləmanla nişanlanmamışdan 6 il əvvəl Səmayə ilə tanış olub, sevgili münasibətində olmuşam. Onunla ər-arvad münasibətində yaşamışıq. Səmayə əvvəllər Sərvan adlı şəxslə evli olub, həmin nikahdan bir oğlu doğulub, 2014-cü ildən ayrı yaşamağa başlayıblar. Mən isə Səmayə ilə təxminən 2015-ci ildə tanış olmuşam.

Səmayə Sərvandan ayrı yaşasa da, rəsmi olaraq təzəlikcə boşanıb. Ləman özü də mənim Səmaylə ilə sevgili olduğumu bilib və bunu qəbul edib. Səmayə ilə münasibətimi kəsməmişəm, ara-sıra görüşmüşük".

"Qızımın olduğunu bilməyib"

Təqsirləndirilən şəxsin sözlərinə Səmayə ilə ər-arvad münasibətlərindən 2021-ci ildə qızı anadan olub: "Rəsmi nikahımız olmadığı, həmçinin onun rəsmən boşanmadığı üçün uşağın doğum haqqında şəhadətnaməsində ata adı qrafasına Sərvanın adı yazılıb. Ləman mənim Səmayə ilə münasibətimi bilsə də, qızımın olduğunu bilməyib".

Elbəy qeyd edib ki, Ləman 2021-ci ilin mayın sonlarında onun Səmayə ilə münasibətindən qızının olduğunu bilib: "Bundan sonra Ləman atası evinə getdi, biz avqustun 20-də rəsmi olaraq boşandıq. 2021-ci ilin mayından tək yaşamışam. Bu vaxt ərzində Səmayə ilə münasibətim hələ də qalıb. Buna görə mən və Səmayə birlikdə yaşamağa başladıq".

"Qızı ilə görüşdüyümü iddia edib"

Elbəy deyib ki, iyulun 17-də Səmayə ilə birlikdə onun evində yaşamağa başlayıb: "Ləman mənimlə üzbəüz qonşuluqda yaşayan Əhmədin əmisi oğlu Rəhmin qızıdır.

2021-ci ilin avqustında Ləmanla boşandıqdan sonra üzbəüz qonşumuz Əhmədin atası İslam mənimlə ədavət aparmağa başladı. Mənimlə birlikdə "Suraxanı Oil" şirkətiondə işləyən İslamın qızı Bahar ərindən boşanıb və atası evində yaşayırdı. İslam mənə qızı Baharla görüşdüyümü iddia edirdi. Məni hər görəndə "oğraşsan, adam məhlədə haramçüq etməz" kimi sözlər deyirdi".

"Pəncərəmi döydüyünü dedi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, Əhmədin özü də onu Ləmanı boşayıb, Səmayə ilə ailə qurmasına görə qınağa çəkib: "Əhməd Ləmanı nəzərdə tutaraq "gül kimi qızı boşadın, yanı balalı aldın" tipli sözlər deyərək məni alçaldırdı. Bu minvalda söz-söhbət olsa da, aramızda dava-dalaş olmayıb.

Hadisədən təxminən iki həftə əvvəl Əhməd mənimlə əlaqə saxlayaraq harada olduğumu soruşdu. Mən də ona axşam işdə olacağımı dedim. Axşam saat 21-22 radələrində Səmayə zəng edərək Əhmədin pəncərəni döydüyünü, mənim evdə olub-olmadığımı soruşduğunu, öz aləmində Səmayə ilə zarafat etməyə başladığını dedi. Bunu eşidəndə işdən çıxaraq evə gəldim. Səmayədən məsələni ətraflı öyrəndikdən sonra Əhmədə zəng etdim. "Məni axtarmısan, nə sözün var denən" - deyə bildirdim.

Əhməd evin pəncərəsinə gələrək məni Səmayədən soruşduğunu təsdiqlədi. Əhməd telefonda mənə "gəldim pəncərədən səni soruşdum, bacı mənə sənin işdə olduğunu dedi, mən isə bacıya dedim ki, hə, yadıma düşdü, mənə işdə olacağını demişdi" sözlərini bilirdi".