Allergiyadan bu üsullarla qorunun –


Digərləri 04 Avq 2022 19:15:00 213 0

Allergiyadan bu üsullarla qorunun –

Allergiya dedikdə ağlımıza ən çox yaz ayları və çiçək tozları  gəlir. Ancaq allergiyanı sadəcə yazda yox, ilin bütün fəsillərində müşahidə etmək olar.

Son.az medicina.az-a istinadən bildirir ki, bir çox insan üçün zərərsiz olan çiçək tozları, kif, toz kimi maddələrə qarşı dərman və ya bəzi qidalar insanların orqanizmində problem yarada bilər.

Allergiyaya  qarşı dərmanlardan uzaq durmalısınız. Bunun üçün ilk olaraq allergiyaya səbəb olan maddələr bilinməli və onlardan  istifadə edilməməlidir.

Allergiyanın əlamətləri

Burun ifrazı, burunun tıxanması, asqırma

Gözlər və burunda qaşıntı

Nəfəs darlığı

Öskürmə

Yorğunluq

Baş ağrısı

Ürəkbulanma və qusma

Qızdırma

Allergiyaya qarşı nə etməliyik?

Çiçək tozunun bol və havanın çirkli olduğu yerlərdə və əsasən yaz aylarında allergiya daha çox müşahidə olunur. Çiçək tozları daha çox səhər saatlarında olduğu üçün həmin vaxtlarda mümükünsə havaya çıxmamaq, avtomobildə olarkən pəncərəni bağlamaq tövsiyə edilir.