"İş tapa bilmirəm, amma, buna görə narahat deyiləm"


Dünya 04 Avq 2022 18:48:00 260 0

"İş tapa bilmirəm, amma, buna görə narahat deyiləm"

Bədəni 99 faiz döymə ilə örtülmüş avstraliyalı model Ember Lük qeyri-adi görünüşünün bir mənfi cəhətini açıqlayıb.

Son.az bildirir ki, bu barədə Daily Mail yazır.

Beləliklə, qız qeyd edib ki, uzun müddət iş tapa bilməyib, çünki onun dəyişiklikləri HR menecerləri və potensial işəgötürənləri çaşdırıb. "Yalan danışmayacağam, transformasiya mənim seçimlərimi məhdudlaşdırdı, amma bu barədə narahat deyiləm. Hər halda, peşəkar keyfiyyətlərimə deyil, parlaq görünüşümə diqqət yetirəcək dar düşüncəli insanlarla işləmək istəməzdim", - deyə Lük etiraf edib.

Məlumdur ki, Ember 600 döyməyə və görünüşünün digər dəyişikliklərinə 250 min dollardan çox xərcləyib. Avstraliyalı tərəfindən etdirdiyi şəbəkədə ən çox müzakirə edilən manipulyasiyalardan biri, göz almalarının piqmentasiyası idi, buna görə o, az qala görmə qabiliyyətini itirirdi.

İrfan Vəliyev Son.az