Zəngəzur dəhlizinin tikintisi ilə bağlı son vəziyyət


Digərləri 04 Avq 2022 17:54:00 258 0

Zəngəzur dəhlizinin tikintisi ilə bağlı son vəziyyət

Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan və uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir.

Avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və I texniki dərəcəli olaraq beynəlxalq magistral normalara uyğun inşa edilir.

Yolun ilk 77.5 km-lik hissəsinin 6, qalan 46.1 km-lik hissəsinin isə 4 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarına uyğun yol yatağının eni müvafiq olaraq 29.5 və 21.5 metr təşkil edir.

Layihə üzrə işlərin ümumi yerinə yetirilmə faizi 57%-dir:

- 265 dairəvi borudan 166-ı artıq tikilib, 39-də işlər davam edir;

- 42 düzbucaqlı borudan 18-i tikilib, 9-da işlər davam edir;

- 56 alt keçidin 19-u tikilib, 25-də işlər davam edir;

- 63 ehtiyat keçidlər üçün nəzərdə tutulmuş xidməti borulardan 28-nin inşası başa çatdırılıb,11-də işlər davam edir;

- 23 körpünün 19-da hazırda tikinti-quraşdırma işləri davam etdirilir.

Hazırda avtomobil yolunun 0-22, 44-48-ci km-lik hissələrində yol geyiminin tikintisi işləri, 25.9-115-ci km-lik hissəsində isə qazma, dolğu və süni qurğuların tikintisi işləri davam etdirilir.