83 yaşlı kişi bataqlıqdan belə xilas edildi VİDEO


Digərləri 04 Avq 2022 18:04:00 141 0

83 yaşlı kişi bataqlıqdan belə xilas edildi  VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Mingəçevir şəhərinin "Daş Karxanası yolu" deyilən ərazisində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin xilasediciləri çağırış üzrə əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1939-cu il təvəllüdlü T.Kərimov bataqlıq ərazidə ilişib qalaraq həyati təhlükəli vəziyyətə düşüb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən görülmüş operativ tədbirlər nəticəsində vətəndaş bataqlıqdan çıxarılaraq xilas edilib və aidiyyatı üzrə təcili tibbi yardım briqadasına təhvil verilib.