Lisey və gimnaziyalara sənəd qəbulu


Digərləri 04 Avq 2022 14:40:00 148 0

Lisey və gimnaziyalara sənəd qəbulu

Bu gün saat 11:00-dan etibarən mərkəzləşdirilmiş qaydada qəbul prosesi həyata keçirilən lisey və gimnaziyalara sənəd qəbulu başlayıb.

Bu barədə Təhsil İnstitutundan xəbər verilib.

Bildirilib ki, bu mərhələdə lisey seçimi edib qəbul olunan və qəbul olunduğu liseyi təsdiqləyən şagirdlərin sorğusu avtomatik olaraq yaradılacaq.

Qeyd edək ki, sənəd qəbulu 17 avqusta qədər davam edəcək. Valideynlər şəxsi kabinetlərində sorğular bölməsinə daxil olaraq prosesin ardıcıllığını izləyə bilərlər. 4-17 avqust tarixlərində şagirdlərin ötən tədris ilində təhsil aldıqları məktəbdən şəxsi işləri təhvil alınaraq qəbul olduqları ümumtəhsil müəssisəsinə təqdim edilməlidir. Əks halda, imtahan nəticələri ləğv ediləcək və 2-ci mərhələdə iştirakına icazə verilməyəcək.