"Bu, Cənub Qafqazda sülhə qarşı çıxmaq deməkdir"


Siyasət 04 Avq 2022 14:08:00 90 0

"Bu, Cənub Qafqazda sülhə qarşı çıxmaq deməkdir"

İstənilən dövlətin öz ərazisində hərbi əməliyyat keçirməsi, yaxud cinayətkarları zərərsizləşdirməsi müstəsna hüququdur. Bu, beynəlxalq hüquqda və konvensiyalarda təsbit edilib. Çünki belə olmasa həmin cinayətkarlar həm regional, həm də qlobal miqyasda təhlükə mənbəyinə çevrilə bilər.

Son.az report-a istinadən xəbər verir ki, avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan Ordusu bölmələrinə qarşı törətdiyi terror-təxribatı nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Azərbaycan Ordusunun həmin qanunsuz silahlı dəstələrə qarşı keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra başqa yüksəkliklər nəzarətə götürülüb.

Sual olunur: Azərbaycan ərazisində erməni silahlı dəstələri niyə qalıb? Çünki 2020-ci il noyabrın 10-də imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndində deyilir: "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir". Başqa sözlə, atəşkəsin imzalandığı gecə Rusiya sülhməramlıları Azərbaycan ərazisinə daxil olduqları zaman ona paralel olaraq erməni silahlıları Azərbaycan ərazisini tərk etməli idi. Ancaq bu baş vermədi. Deməli, üçtərəfli razılaşmanın şərtini Rusiya və Ermənistan tərəfi pozur. Nəzərə almaq lazımdır ki, Rusiya vasitəçi və təminatçı ölkə kimi bu müddəanın həyata keçməsinə məsuliyyət daşıyır.

Rusiya hərbçilərinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində ermənilərin qanunsuz silahlı dəstələrinin qalması və ya onların yenidən formalaşdırılması da noyabrın 10-da imzalanan kapituliyasiya aktının ruhuna və müddəalarına ziddir. Belə çıxır ki, həmin qanunsuz dəstələrin qalmasında, yaranmasında Rusiya maraqlıdır, yaxud onu "sülhməramlı" adı altında rusiyalı hərbçilər formalaşdırır, silahlandırır.

Məsələn, Rusiya sülhməramlı qüvvələrə lazım olmayacaq silah və hərbi-texniki avadanlığı müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə niyə daşıyırdı? Ötən illərin təcrübəsi həmin silahların ermənilərin qanunsuz silahlı dəstələrinə ötürüldüyünü deməyə əsas verir. Razılaşmada ermənilərin "özünümüdafiə" adlı hər hansı "dəstəsi"nin olmasına və ya yaranmasına dair bir işarə belə yoxdur. Onda bu qanunsuz dəstələr Azərbaycan ərazisində niyə var? Onları kim himayə edir?

Sülhməramlıların mandatına uyğun olaraq fəaliyyət göstərməməsi səbəbindən ermənilərin qanunsuz silahlı dəstələri yaranır, Ermənistan hərbçiləri Azərbaycan ərazisində qalırlar. Biri qanunsuz hərbi birləşmə, o biri isə işğalçı olduğu üçün Azərbaycan Ordusunun onların hər ikisinə qarşı hərbi əməliyyatlar keçirmək hüququ var. Bu baxımdan, onlar Azərbaycan torpaqlarında qaldıqları müddətdə "Qisas" əməliyyatına oxşar tədbirlərin keçiriləcəyi istisna edilmir.

Yeri gəlmişkən, bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev məlum sənədin 4-cü bəndinin icra edilməməsi ilə bağlı etirazını maraqlı tərəflərə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdı. Bundan sonra Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan öz aləmində bu maddədən doğan tələbin icrasını təhrif edərək bildirmişdi ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılacaq, Qarabağa hərbi xidmət üçün erməni çağrışçı göndərilməyəcək, ancaq "özünümüdafiə qüvvəsi qalacaq", "bu birləşməyə çağırışlar keçiriləcək, habelə müqavilə əsasında könüllülər cəlb olunacaq". Bu, Ermənistan hakimiyyətinin dünyanın gözünə kül üfürmək cəhdindən başqa bir nəsnə deyil. Qriqoryanın dediyindən belə çıxır ki, Azərbaycan ərazisində ermənilər silahlı qüvvə saxlayacaq. Bu dəfə ona "Qarabağdakı ermənilərin yaratdığı özünümüdafiə qüvvəsi" və "könüllülərdən ibarət dəstə" adını verirlər. Bu sayaq adlanma bütün hallarda Azərbaycan ərazisində qanunsuz silahlı birləşmə saxlamaq cəhdi, yaxud rəsmi İrəvanın imzaladığı kapitulyasiya aktının şərtlərinə əməl etməməsidir.

Başqa bir məsələni diqqətə çatdırmaq istərdik. Avqustun 2-də minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşı Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bir nəfərin sağ ayağı amputasiya olunub. Ötən il noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə mina partlaması nəticəsində 7 hərbi qulluqçu, 32 mülki şəxs olmaqla Azərbaycanın 39 vətəndaşı həyatını itirib, 117 hərbi qulluqçu, 67 mülki şəxs olmaqla 184 vətəndaşı isə yaralanıb. Həmin minaları Ermənistan silahlı qüvvələrinin və ya havadarlarının vaxtı ilə basdırdığı ehtimalı daha çoxdur. Bəhs etdiyimiz qanunsuz silahlı dəstələrin və ya Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini yenidən minalamadıqlarına kim zəmanət verə bilər? Bu gün Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək üçün hay-küy salanlar rəsmi İrəvandan minalarla bağlı xəritənin rəsmi Bakıya verilməsini tələb etmirlər.

Azərbaycan dünyanın enerji ilə təmin olunmasında mühüm rol oynayır. Habelə ərazilərini işğalçılardan təmizləməklə bu kimi layihələrin reallaşmasına da şərait yaradıb. Azərbaycan bununla regional və qlobal təhlükəsizliyə töhfə verib. Ancaq onun ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyət göstərməsi, habelə onlara himayədarlıq, minalanmış ərazilərin xəritələrinin verilməməsi Cənub Qafqazda sülh və əməkdaşlığa qarşı çıxmaq deməkdir. Odur ki Azərbaycanın ötən gün keçirdiyi hərbi tədbir ərazi bütövlüyü, suverenliyi, təhlükəsizliyi və sabitliyi təhdid edənlərə qarşı əməliyyatdır.

“Xaricdə təhsil” fırıldağı; daha 65 nəfərin diplomu tanınmayıb  abituriyentlər üçün like
  • 04 Avq 14:04  
Digərləri “Xaricdə təhsil” fırıldağı; daha 65 nəfərin diplomu tanınmayıb abituriyentlər üçün

Hazırda ali məktəblərə qəbul dövrüdür. Bir qayda olaraq bu ərəfədə

arrow Ətraflı
Azərbaycanda devalvasiya gözlənilir?  İlin sonuna qədər... like
  • 04 Avq 13:48  
Digərləri Azərbaycanda devalvasiya gözlənilir? İlin sonuna qədər...

"Manatın hazırkı durumunu müsbət qiymətləndirirəm. Çünki faktiki

arrow Ətraflı
Qacarlar dövründə lentə alınmış 150 yaşlı mərsiyə  Tarixi səs yazısı like
  • 04 Avq 13:26  
Digərləri Qacarlar dövründə lentə alınmış 150 yaşlı mərsiyə Tarixi səs yazısı

İran tarixində qeydə alınmış ən qədim mərsiyə Nəsrəddin şah Qacar d

arrow Ətraflı
"Ermənistanın təxribatları sülh prosesinə ziyan vurur" like
  • 04 Avq 13:24  
Siyasət "Ermənistanın təxribatları sülh prosesinə ziyan vurur"

Ermənistan silahlı qüvvələrinin təxribatları regionda sülh prosesinə zi

arrow Ətraflı
Döyüş təyyarələrimiz təlim keçirir  VİDEO like
  • 04 Avq 13:16  
Digərləri Döyüş təyyarələrimiz təlim keçirir VİDEO

Cari ilin tədris dövrünün hazırlıq planına uyğun olaraq Azərbaycan Hər

arrow Ətraflı
CinemaPlusda “Milli kino günü” qeyd olunub  VİDEO like
  • 04 Avq 13:10  
Digərləri CinemaPlusda “Milli kino günü” qeyd olunub VİDEO

CinemaPlus-da "Milli kino günü" qeyd olunub.

arrow Ətraflı
Paşinyan Azərbaycanın tələblərini qəbul etdiyini açıqladı, Rusiyanı like
  • 04 Avq 13:00  
Siyasət Paşinyan Azərbaycanın tələblərini qəbul etdiyini açıqladı, Rusiyanı

Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni t

arrow Ətraflı
Neftimiz yenə like
  • 04 Avq 12:52  
Digərləri Neftimiz yenə

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Daha böyük QİSAS olacaq like
  • 04 Avq 12:28  
Siyasət Daha böyük QİSAS olacaq

ABŞ-Çin qarşıdurması başladığı kimi də dayandı. Nensi Pelosinin Tayv

arrow Ətraflı
Sabah like
  • 04 Avq 12:20  
Digərləri Sabah

Avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən y

arrow Ətraflı
Xırdalanda baş verən partlayışda xəsarət alanların like
  • 04 Avq 12:12  
Digərləri Xırdalanda baş verən partlayışda xəsarət alanların

Xırdalanda baş verən partlayışda xəsarət alanların son vəziyyəti açı

arrow Ətraflı
"Kim Şəbnəmin həyatını arzulayar ki?" like
  • 04 Avq 12:04  
Şou-biznes "Kim Şəbnəmin həyatını arzulayar ki?"

"Şəbnəm Tovuzlunun ifasında dinlədiyim mahnılar var. Amma o, ikili oy

arrow Ətraflı