Azərbaycan ərazisində olan qeyriqanuni erməni silahlı qüvvələrinin çıxarılması normallaşma prosesi üçün əsas şərtlərdən biridir Sevil Mikayılova


Siyasət 04 Avq 2022 12:22:00 120 0

Azərbaycan ərazisində olan qeyriqanuni erməni silahlı qüvvələrinin çıxarılması normallaşma prosesi üçün əsas şərtlərdən biridir  Sevil Mikayılova

Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı qüvvələrinin çıxarılması normallaşma prosesi üçün əsas şərtlərdən biridir. Azərbaycan Ordusunun keçirdiyi "Qisas" cavab əməliyyatı Ermənistan üçün son xəbərdarlıq olmalıdır. Ordumuz növbəti dəfə göstərdi ki, Azərbaycanın suveren ərazilərində törədiləcək istənilən terror və təxribata qarşı cavab tədbirləri daha ağır və sarsıdıcı olacaq.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova vurğulayıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdikləri terror-təxribat əməllərinə cavab olaraq Azərbaycan Ordusu "Qisas" əməliyyatını keçirdi. Nəticədə düşmənə növbəti dəfə sarsıdıcı zərbə vuruldu:

"Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-də 2020-ci il 10 noyabr tarixli Bəyanatın müddəalarını kobud surətdə pozdular. Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədildi və nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu şəhid oldu. Azərbaycan Ordusu şəhidimizin qisanını aldı, həm də düşmənə növbəti göz dağı verdi.

Qeyri-qanuni erməni silahlı dəstələrinin terror-təxribatından əlavə son günlər baş verənlər, eləcə də Ermənistan tərəfinin açıqlamaları və provokasiyaları gərginliyin baş verəcəyinə dəlalət edirdi. Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan Laçın dəhlizi ilə bağlı Ermənistan ərazisi haqda danışırmış kimi açıqlamalar verirdi.Bütün bunların qarşı tərəfin vəziyyəti gərginləşdirmə cəhdləri idi".

Deputat onu da əlavə edib ki, bölgədə sülh və sabitliyin təmin olunması, habelə münaqişə sonrası normallaşma üçün üçtərəfli bəyanatların tam icrası vacibdir. Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir. Ermənistan tərəfi isə müxtəlif vasitələrlə normallaşma prosesini ləngitməyə çalışır.

"10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığı dəfələrlə bəyan edilib. Üçtərəfli bəyanatın 4-cü maddəsinə əsasən "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir". Lakin hələ də qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərində qalmaqda davam edir.

Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı qüvvələri çıxarılmalı, qanunsuz silahlı dəstələr isə tərksilah edilməlidir"

S.Mikayılova qeyd edib ki, Azərbaycan öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir.

"Ermənistan tərəfi İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən dərs çıxarmalıdır. Azərbaycan Ordusu "Qisas" cavab əməliyyatı ilə göstərdi ki, düşmənin cavabını hər an verməyə hazırdır. Terror-təxribat hərəkətləri bölgədə sülhü pozmaq cəhdləridir və Ermənistan buna son verməldir".

Sabah like
  • 04 Avq 12:20  
Digərləri Sabah

Avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən y

arrow Ətraflı
Xırdalanda baş verən partlayışda xəsarət alanların like
  • 04 Avq 12:12  
Digərləri Xırdalanda baş verən partlayışda xəsarət alanların

Xırdalanda baş verən partlayışda xəsarət alanların son vəziyyəti açı

arrow Ətraflı
"Kim Şəbnəmin həyatını arzulayar ki?" like
  • 04 Avq 12:04  
Şou-biznes "Kim Şəbnəmin həyatını arzulayar ki?"

"Şəbnəm Tovuzlunun ifasında dinlədiyim mahnılar var. Amma o, ikili oy

arrow Ətraflı
Şəhid ailəsinin evindən oğurluq edən şəxs like
  • 04 Avq 11:56  
Kriminal Şəhid ailəsinin evindən oğurluq edən şəxs

Qobustan rayonunda şəhid ailəsinə məxsus evdən oğurluq edilib.

arrow Ətraflı
Bu imtahanların like
  • 04 Avq 11:48  
Digərləri Bu imtahanların

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçiril

arrow Ətraflı
DSMFdən helikopter qəzasında şəhid olanların vərəsələrinin şikayətlərinə like
  • 04 Avq 11:40  
Digərləri DSMFdən helikopter qəzasında şəhid olanların vərəsələrinin şikayətlərinə

Qaraheybətdə helikopter qəzası zamanı şəhid olan polkovnik Elçin Nəbiye

arrow Ətraflı
"Məktəb üçün verilən pula göyərti alıb satırdım" like
  • 04 Avq 11:32  
Şou-biznes "Məktəb üçün verilən pula göyərti alıb satırdım"

"Atam müəllim idi. Ailəvi olaraq Bakıya köçmüşdük. Atam evə gəl

arrow Ətraflı
EMF Microfinance Fund “Bank Respublika”ya növbəti dəfə subordinasiyalı kredit ayırdı like
  • 04 Avq 11:25  
Digərləri EMF Microfinance Fund “Bank Respublika”ya növbəti dəfə subordinasiyalı kredit ayırdı

Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından bir

arrow Ətraflı
Arvadını bıçaqladı, sonra da like
  • 04 Avq 11:24  
Digərləri Arvadını bıçaqladı, sonra da

Abşeronda arvadını bıçaqlayan kişi hadisə yerindən qaçıb.

arrow Ətraflı
Deputat like
  • 04 Avq 11:16  
Digərləri Deputat

Moskva Şəhər Məhkəməsi Dövlət Dumasının deputatı Vadim Belousovu 3,25

arrow Ətraflı
Müəllimlərin işə qəbulunda vakansiya seçiminə like
  • 04 Avq 11:10  
Digərləri Müəllimlərin işə qəbulunda vakansiya seçiminə

4 avqust saat 11:00-dan etibarən bütün fənlər üzrə müəllimlərin işə

arrow Ətraflı
Şəhidimiz Şəmkirdə dəfn olunur  FOTO like
  • 04 Avq 11:08  
Digərləri Şəhidimiz Şəmkirdə dəfn olunur FOTO

Şəhidimiz Kazımov Anar Rüstəm oğlunun nəşi doğulduğu Şəmkir şəhər

arrow Ətraflı
Şuşa Dövlət Qoruğunun mühafizə rejimi like
  • 04 Avq 11:02  
Kriminal Şuşa Dövlət Qoruğunun mühafizə rejimi

Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi t

arrow Ətraflı
Ajda Pekkan like
  • 04 Avq 11:00  
Şou-biznes Ajda Pekkan

Türkiyəli müğənni Ajda Pekkanın konsertləri təxirə salınıb. 

arrow Ətraflı
Turizm Reyestrinin aparılması qaydasında like
  • 04 Avq 10:52  
Digərləri Turizm Reyestrinin aparılması qaydasında

Turizm Reyestrinin aparılması qaydasında dəyişikliklər edilib.

arrow Ətraflı