"Məktəb üçün verilən pula göyərti alıb satırdım"


Şou-biznes 04 Avq 2022 11:32:00 198 0

"Məktəb üçün verilən pula göyərti alıb satırdım"

"Atam müəllim idi. Ailəvi olaraq Bakıya köçmüşdük. Atam evə gələn qonaq üçün həmişə süfrə açdırardı. Çayla yola verməyi sevmirdi. Evin ən kiçiyi və ən üzlüsü mən idim. Çağırıb deyərdi ki, "qonşuya get 10 manat al, gələn həftə qaytararıq". Bir neçə defə getdim. 11 yaşım var idi. Düşündüm ki, hər dəfə niyə görə qonşuya getməliyəm?".

Son.az axşam.az-a istinadən xəbər verir ki,bu sözləri aktyor Allahverdi Yolçuyev "Onun sirri" verilişində deyib. Sənətçi 6-cı sinifdə oxuyarkən pul qazanmağa başladığını bildirib: 

"Yaxınlıqda bir qadın yaşayırdı, hər axşam əllərində çantalarla dolu göyərti gətirirdi. Maraqlandım, Nəsimi bazarından alırdı. O vaxt atam mənə məktəbdə yemək almaq üçün 20 qəpik verirdi. O pulları yığdım, göyərti almaq üçün həmin məbləği topladım. Anamın köhnə çantası var idi, bir qulpu qopmuşdu, iplə tikmişdilər. Onu götürüb həmin qadınla bazara getdim. Çanta özümdən də böyük, göyərtiylə doldurub evə gətirdim. Anam soruşdu ki, "bu nədir?". Dedim, "atam bilməsin, qoymaz". Onları təmizlədim, məktəbdən uşaqlar görməsin deyə səhər tezdən 8-ci mikrorayonda satdım. Gətirib anama 5 manat verdim. Orta məktəbi bitirənə qədər bu işlə məşğul oldum".

Qeyd edək ki, sənətçi uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkir.