Divarı sökərkən altında qalıb
Digərləri 04 Avq 2022 09:40:00 206 0
Qubada üzərinə divar uçan şəxs ölüb.
Hadisə avqustun 3-ü saat 12 radələrində rayonun Xınalıq kənd ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini Zeynalov Eldəniz Zal oğlu yaşadığı kənddə "Magro Costruction" MMC tərəfindən aparılan təmir-bərpa işləri ilə əlaqədar fərdi yaşayış evinin divarlarını metal alətlə sökən zaman sökülən hissə üzərinə uçub. Nəticədə o, aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə: milli.az