Rəsmi Bakıdan Ermənistan XİNə


Siyasət 04 Avq 2022 09:24:00 94 0

Rəsmi Bakıdan Ermənistan XİNə

Ermənistan XİN-in Azərbaycan tərəfini əsassız şəkildə ittiham edən 3 avqust tarixli bəyanatını qətiyyətlə rədd edirik.

Ermənistan XİN-in Azərbaycanı üçtərəfli bəyanatı pozmaqda ittiham etməsi riyakarlıqdan başqa bir şey deyildir. Xatırladırıq ki, Ermənistan tərəfindən üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığı dəfələrlə tərəfimizdən bəyan edilib. Üçtərəfli bəyanatın 4-cü maddəsinə əsasən "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir". Qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğuna dair Azərbaycan tərəfində olan çoxsaylı dəlillərə əlavə olaraq, bu fakt erməni rəsmiləri tərəfindən də etiraf edilib. Belə ki, Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyanın bu il 29 iyun tarixində hərbi xidmətə çağırılan vətəndaşların valideynləri ilə görüşdə "Qarabağ bölgəsində erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyinə" dair söylədikləri, habelə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın 19 iyul 2022-ci il tarixli müsahibəsində "Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılmasının bu ilin sentyabr ayında başa çatacaq" söyləməsi Ermənistanın üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, hələ də silahlı hərbi birləşmələrini qonşu dövlətin ərazisində qeyri-qanuni saxladığını bariz şəkildə göstərir.

Vurğulayırıq ki, yaşanan son gərginliyin səbəbi, məhz qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində mövcudluğu və təxribatlara əl atmasıdır. 3 avqust tarixində Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən qanlı insident də məhz Ermənistanın öhdəliklərinin yerinə yetirməməsinin nəticəsidir.

Üçtərəfli bəyanatın 6-cı bəndinə istinad edərək, Azərbaycanı müvafiq müddəanın pozuntusunda ittiham edən Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, Laçın dəhlizi üzrə yeni yolun inşası razılaşdırılmış marşrut üzrə artıq uzun aylardır ki, gedir və Ermənistan tərəfi bu yol ilə bağlı kifayət qədər məlumatlıdır.

Əgər Ermənistan tərəfi üçtərəfli bəyanatın digər müddəaları kimi bu öhdəliyin də həyata keçirilməsini müxtəlif bəhanələrlə ləngitmək məqsədini güdürsə, bu bir daha Ermənistanın qeyri-konstruktiv və üçtərəfli bəyanatların və digər razılaşmaların icrasına münasibətdə pozucu fəaliyyətinin bariz nümunəsidir.

Bölgədə sülh və sabitliyin təmin olunması, habelə münaqişə sonrası normallaşma üçün üçtərəfli bəyanatların tam icrası vacibdir. Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir.

Azərbaycanı "aqressiv fəaliyyətdə" ittiham edən Ermənistan XİN-ə xatırladırıq ki, hərbi birləşmələri 30 ilə yaxın qonşu dövlətin ərazilərinin işğalını həyata keçirən, işğal siyasətinə son verildikdən sonra hələ də qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmayan məhz Ermənistandır. Azərbaycan isə öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir.

Üç yaşlı uşaq günlərlə Rusiya meşəsində like
  • 04 Avq 09:20  
Digərləri Üç yaşlı uşaq günlərlə Rusiya meşəsində

Rusiyanın Voloqda vilayətinin Velikoustyuqski rayonunda 3 gün öncə yoxa ç

arrow Ətraflı
Şəhid Anar əsgərliyə belə yola salınmışdı  VİDEO like
  • 04 Avq 09:12  
Digərləri Şəhid Anar əsgərliyə belə yola salınmışdı VİDEO

Ötən gün Laçında şəhid olan əsgər Anar Kazımovun hərbi xidmətə yoll

arrow Ətraflı
Qida festivalında yeməklərin dadına baxmaq like
  • 04 Avq 09:08  
Dünya Qida festivalında yeməklərin dadına baxmaq

Honq-Konqdakı ənənəvi Qida Sərgisinə gələn ziyarətçilərə delikatesl

arrow Ətraflı
Kubada dolların rəsmi məzənnəsi like
  • 04 Avq 09:00  
Digərləri Kubada dolların rəsmi məzənnəsi

Kuba Mərkəzi Bankı ABŞ dollarının rəsmi məzənnəsini bir dollar üçün

arrow Ətraflı
Tənbəl göz sindromu like
  • 04 Avq 08:59  
Digərləri Tənbəl göz sindromu

Ambliopiya -gözlərdən birinin görmə prosesində iştirak etməməsi ilə xa

arrow Ətraflı
ABŞda Konqres üzvü qəzada like
  • 04 Avq 08:58  
Dünya ABŞda Konqres üzvü qəzada

ABŞ Konqresinin Respublikaçılar partiyasının üzvü Ceki Valorski avtomobil

arrow Ətraflı
Belarusdan nüvə statusu ilə bağlı açıqlama like
  • 04 Avq 08:54  
Dünya Belarusdan nüvə statusu ilə bağlı açıqlama

Belarus nüvəsiz ölkə statusunu dəyişməyəcək.

arrow Ətraflı
Bayden o sənədi imzalayacaq like
  • 04 Avq 08:53  
Dünya Bayden o sənədi imzalayacaq

ABŞ Prezidenti Co Bayden ABŞ Senatının NATO-nun genişlənməsinə dair qət

arrow Ətraflı
Müharibə başlayandan like
  • 04 Avq 08:52  
Digərləri Müharibə başlayandan

Rusiya Federasiyasının genişmiqyaslı hücumu başlayandan bəri ilk dəfə g

arrow Ətraflı
Boyun ağrısı haqqında like
  • 04 Avq 08:51  
Digərləri Boyun ağrısı haqqında

Uşaqları çıxmaq şərtilə dünya əhalisinin 70%-i mütəmadi olaraq, boyun

arrow Ətraflı
Yük maşını aşdı, sürücü like
  • 04 Avq 08:48  
Digərləri Yük maşını aşdı, sürücü

Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Bu ölkədən Rusiyaya qarşı növbəti like
  • 04 Avq 08:47  
Siyasət Bu ölkədən Rusiyaya qarşı növbəti

İsveçrə hakimiyyəti Rusiyadan qızıl və zinət əşyalarının alınması,

arrow Ətraflı
Bizim emosiyalarımız dərimizin quruluşuna necə təsir edir? like
  • 04 Avq 08:46  
Digərləri Bizim emosiyalarımız dərimizin quruluşuna necə təsir edir?

Gülən zaman gözlərin kənarında qırışlar əmələ gəlir. Bu mimiki qır

arrow Ətraflı
Ağ Ev Pelosinin Tayvana səfərinə like
  • 04 Avq 08:43  
Dünya Ağ Ev Pelosinin Tayvana səfərinə

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana səfər etməzd

arrow Ətraflı