Britaniya Ukraynaya 3 milyard funt sterlinq


Siyasət 04 Avq 2022 08:22:00 192 0

Britaniya Ukraynaya 3 milyard funt sterlinq

Böyük Britaniya Ukraynaya daha 3 milyard funt-sterlinq yardım paketi ayıracaq.

Son.az "Report"a istinadən bildirir ki, Böyük Britaniyanın maliyyə naziri Nadim Zahavi ölkənin İxrac Maliyyəsi (UKEF) dövlət agentliyi vasitəsilə Ukraynaya ixracdan əvvəl maliyyələşdirmənin təmin edilməsi qərarını dəstəkləyib.

Qeyd edilir ki, vəsaitin bir hissəsi hərbi dəstəyə yönəldiləcək.

Eyni zamanda vəsaitin 2,3 milyard funtunun müdafiə ehtiyaclarına göndərilməsi planlaşdırılır. Qalan 700 milyon funt-sterlinq isə müharibədən sonrakı bərpa işlərində Ukraynaya kömək etmək istədiklərini bəyan edən şirkətlərə veriləcək.