“Rusiya müharibənin bitməsini istəsəydi"


Siyasət 04 Avq 2022 08:23:00 118 0

“Rusiya müharibənin bitməsini istəsəydi"

Əgər Rusiya həqiqətən də müharibə istəməsəydi, ehtiyatlarını Ukraynanın cənubuna çəkməzdi.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

"Rusiya həqiqətən müharibənin bitməsini istəsəydi, indi Ukraynanın cənubuna ehtiyat çəkməzdi və Ukrayna ərazisində qətlə yetirilən günahsız insanların kütləvi məzarlarını yaratmazdı", - deyə dövlət başçısı vurğulayıb.

O vurğulayıb ki, Avropa dəyərlərinə malik olan güclü dövlətlərin keçmiş liderlərinin bu dəyərlərə qarşı mübarizə aparan Rusiyaya işləməsi sadəcə iyrəncdir.