Senat Finlandiya və İsveçin NATOya
Dünya 04 Avq 2022 07:45:00 276 0
Avqustun 3-də ABŞ Senatı Finlandiya və İsveçin NATO-ya daxil olma protokollarının təsdiq edilməsi haqqında qətnamə qəbul edib, səsvermə hələ də davam edir. Lakin sənəd təsdiqlənməsi üçün artıq kifayət qədər səs toplayıb.
Son.az Trend-ə istinadən bildirir ki, Amerika qanunvericiliyinin xüsusiyyətlərinə uyğun olaraq, ratifikasiya proseduru birbaşa ölkə prezidenti tərəfindən həyata keçirilir, Senat buna razılıq verir.
Bundan sonra ABŞ prezidenti Co Bayden Stokholm və Helsinkinin NATO-ya daxil olması ilə bağlı müvafiq sənədləri imzalayıb alyansa göndərməli olacaq.
Mənbə: milli.az