Yeni müharibə başlayır?


Dünya 03 Avq 2022 23:02:00 139 0

Yeni müharibə başlayır?

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinə qeyri-ciddi yanaşmaq olmaz.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Dünya yeni müharibəyə yaxındırmı?" sualını cavablandıran Peskov bu ifadəni işlətməyə üstünlük vermədiyini, amma bu səfərin təxribat olduğunu bildirib.

Peskov səfərə ciddi yanaşılmasının tərəfdarı olduğunu vurğulayıb.

Bundan əlavə, Kremlin sözçüsü yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında görüş planlaşdırmadığını açıqlayıb.

Dünən Tayvana gələn Pelosi adanı bu gün tərk edib.