Ceyhun Bayramov Toivo Klaar ilə Qarabağdakı vəziyyəti müzakirə edib


Siyasət 03 Avq 2022 20:39:00 96 0

Ceyhun Bayramov Toivo Klaar ilə Qarabağdakı vəziyyəti müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı baş tutub.

XİN-dən Son.az-a verilən məlumata görə, telefon danışığı zamanı tərəflər arasında bölgədə cari vəziyyət və yaranmış gərginlik müzakirə olunub.

C.Bayramov son günlərdə Ermənistan tərəfindən həm iki dövlətin sərhəd bölgəsində, həm də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində təxribatlar törədildiyi, avqustun 3-də qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin intensiv atəşə tutulması nəticəsində bir hərbi qulluqçumuzun şəhid olması faktını qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycan Silahlı Qüvvələrinin öz suveren ərazilərində hərbi təxribatlara adekvat cavab tədbirləri həyata keçirdiyi vurğulanıb.

Nazir Ermənistan tərəfinin bu təxribatlarının Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında bəyanatların kobud pozuntusu olduğunu və vasitəçilik səylərinə xələl gətirdiyini bildirib. C.Bayramov 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər Ermənistan silahlı qüvvələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığını və bunun yolverilməz olduğunu vurğulayıb. Ermənistan tərəfindən götürülmüş öhdəliklərin yerinə yetirilməməsinin bölgədə yaşanan gərginliyin əsas səbəbi olduğu diqqətə çatdırılıb.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

İstirahətə 5 min ödəyib, şoka düşüblər: "Biz cəhənnəmdəyik" like
  • 03 Avq 20:25  
Digərləri İstirahətə 5 min ödəyib, şoka düşüblər: "Biz cəhənnəmdəyik"

Britaniyadan olan həyat yoldaşları "Tui" turizm şirkətindən Kari

arrow Ətraflı
Yayın çanta trendlərindən xəbərdar olun!  FOTO like
  • 03 Avq 20:18  
Digərləri Yayın çanta trendlərindən xəbərdar olun! FOTO

Dəbli aksesuar hətta ən sadə geyimi belə zənginləşdirə bilir. Parlaq r

arrow Ətraflı
Avqustun əsas makiyaj trendi  FOTO like
  • 03 Avq 19:57  
Digərləri Avqustun əsas makiyaj trendi FOTO

Dərinizin yağlı parıltısından xəcalət çəkdiyiniz üçün kirşan və k

arrow Ətraflı
Halk ad günündə faciəvi şəkildə öldü like
  • 03 Avq 19:22  
Dünya Halk ad günündə faciəvi şəkildə öldü

San-Pauludan olan inşaatçı Valdir Seqatonun adı çoxdan təkcə öz vətəni

arrow Ətraflı
Erməni silahlılarının canlı qüvvəsi və çoxlu sayda döyüş sursatları məhv edilib  MN like
  • 03 Avq 19:14  
Siyasət Erməni silahlılarının canlı qüvvəsi və çoxlu sayda döyüş sursatları məhv edilib MN

Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir

arrow Ətraflı
Müdafiə Nazirliyi “Qisas” əməliyyatının təfərrüatlarını açıqlayıb  VİDEO like
  • 03 Avq 19:08  
Siyasət Müdafiə Nazirliyi “Qisas” əməliyyatının təfərrüatlarını açıqlayıb VİDEO

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Az

arrow Ətraflı
Fatimə Türkiyədə like
  • 03 Avq 18:52  
Şou-biznes Fatimə Türkiyədə

Rəqqasə Fatimə Fətəliyeva səhhətində yaranan problem səbəbində Türki

arrow Ətraflı
Mirzoyanın ermənilərin Avropadakı vəhşi obrazını dəyişmək cəhdi like
  • 03 Avq 18:44  
Dünya Mirzoyanın ermənilərin Avropadakı vəhşi obrazını dəyişmək cəhdi

Son.az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

arrow Ətraflı
Bu tibb işçilərinin əməkhaqqına əlavənin like
  • 03 Avq 18:38  
Digərləri Bu tibb işçilərinin əməkhaqqına əlavənin

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində i

arrow Ətraflı
Aktrisa 50 milyon dollar itirdi like
  • 03 Avq 18:36  
Şou-biznes Aktrisa 50 milyon dollar itirdi

Aktrisa Ember Hördün nümayəndələri onun keçmiş əri Conni Deppin böhtan

arrow Ətraflı
Ordumuz erməni terrorçularının yük avtomobilini məhv etdi  VİDEO like
  • 03 Avq 18:34  
Digərləri Ordumuz erməni terrorçularının yük avtomobilini məhv etdi VİDEO

Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlə

arrow Ətraflı
Evinizdə təmir aparan zaman diqqətli olun: Bu hallarda cərimələnə bilərsiz like
  • 03 Avq 18:28  
Digərləri Evinizdə təmir aparan zaman diqqətli olun: Bu hallarda cərimələnə bilərsiz

Təmirli, rahat şəraitli evdə yaşamaq hər kəsin istəyidir. Xüsusi ilə

arrow Ətraflı