Erməni terroru ilə bağlı beynəlxalq təşkilatlara müraciət
Siyasət 03 Avq 2022 21:43:00 79 0
İnsan tələfatı ilə nəticələnən, Ermənistanın törətdiyi növbəti terror aktı ilə bağlı Azərbaycan Ombudsmanı Səbinə Əliyeva müraciət ünvanlayıb.
Bu xəbəri də oxu: “Rusiyanı inkar etmək mümkün deyil”
Son.az bildirir ki, müraciətdə deyilir:
"3 avqust 2022-ci il tarixində Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Nəticədə Azərbaycan əsgəri Kazımov Anar Rüstəm oğlu şəhid olub.
Bununla yanaşı, qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən yüksəklikləri ələ keçirməyə və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalandığı vaxtdan bu günədək Ermənistan davamlı olaraq terror təxribat əməlləri törədərək günahsız insanların həyatlarını itirməsinə, münaqişənin yenidən alovlanmasına səbəb olurlar.
Regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərinin davam etdirildiyi bir zamanda Ermənistan tərəfinin sülh yaratma prosesinə ciddi təhlükə yaradan bu kimi əməlləri bizi olduqca narahat edir".
Bəyanatda o da qeyd olunub ki, qanunsuz erməni silahlı qüvvələri tərəfindən törədilmiş növbəti terror aktı ilə Ermənistan üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu, eyni zamanda regionda sülhə və sabitliyə xələl gətirdiyini, iki dövlət arasında münasibətlərin normallaşmasını istəmədiyini, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyini bir daha nümayiş etdirib.
"İnsan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara müraciət edərək günahsız insanların həlak olması ilə nəticələnən və regionda sülhün təmininə ciddi təhdid olan Ermənistanın davamlı terror təxribat əməllərini pisləyir, bu kimi cinayətkar əməllərə son qoyulması, beynəlxalq hüquqdan irəli gələn öhdəlikləri yerinə yetirməsi üçün Ermənistana hüquqi təsir tədbirləri göstərməyə dəvət edirik",- deyə bəyanatda vurğulanıb.
İmtahanlarda 700 bal topladığıma görə çox sevinirəm. Bunun üçün ilk n

İtaliya Paralmenti İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair protok

Müzəffər Azərbaycan Ordsunun Qarabağdakı qanunsuz erməni silahlı dəstə

Azərbaycan Ordusunun avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvə

Azərbaycan Ordusunun avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının

Britaniyadan olan həyat yoldaşları "Tui" turizm şirkətindən Kari

Dəbli aksesuar hətta ən sadə geyimi belə zənginləşdirə bilir. Parlaq r

Dərinizin yağlı parıltısından xəcalət çəkdiyiniz üçün kirşan və k

San-Pauludan olan inşaatçı Valdir Seqatonun adı çoxdan təkcə öz vətəni

Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir
