Qisas əməliyyatı Ermənistan üçün böyük dərs, son xəbərdarlıq olmalıdır Sahil Kərimli


Siyasət 03 Avq 2022 21:09:00 89 0

Qisas əməliyyatı Ermənistan üçün böyük dərs, son xəbərdarlıq olmalıdır  Sahil Kərimli

Müzəffər Azərbaycan Ordsunun Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinə vurduğu sarsıdıcı zərbələr Ermənistan üçün böyük dərs, eyni zamanda son xəbərdarlıq olmalıdır. Qüdrətli Azərbaycan Ordusu bugünkü qisas əməliyyatları ilə bir daha göstərdi ki, suveren ərazilərimizdə terrorun, separatçılığın kökü nəyin bahasına olursa olsun, qətiyyətlə kəsiləcək.

Bunu açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

O, əlavə edib ki, Ermənistan 10 noyabr üçtərəfli bəyanatına nə qədər tez əməl etsə, bir o qədər tez özünü uçurumdan xilas etmiş olar: "44 günlük Vətən Müharibəsi zamanı kapitulyasiya aktı imzalamağa məcbur olan Ermənistan rəhbərliyi iki ilə yaxındır ki, üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Azərbaycan dövləti bu müddət ərzində proseslərə səbr və təmkinlə yanaşıb, məsələni dinc yolla, danışıqlar masasında həll etməyə çalışıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan edib ki, biz bölgədə yeni müharibə istəmirik. Amma təəssüf ki, rəsmi İrəvan bu xəbərdarlıqlardan nəticə çıxarmadı. Azərbaycan dövləti bu günkü antiterror əməliyyatları ilə sübut etdi ki, bizim səbrimiz tükənməz deyil".

S.Kərimli əlavə edib ki, müharibədən sonra Azərbaycan Ermənistana dəfələrlə şans verib, qanunsuz silahlı terrorçu ünsürləri Qarabağdan çıxarmağı tələb edib. Amma Ermənistan bu şanslardan istifadə edə bilməyib:

"Ermənistanın iki il əvvəl darmadağın edilmiş ordusu, həmçinin Qarabağdakı silahlı terrorçular anlamalıdır ki, onlar 44 günlük Vətən Müharibəsində bütün dünyaya qəhrəmanlıq və şücaət dərsi keçən Qüdrətli Azərbaycan Ordusu ilə üz-üzədir. Bugünkü antiterror əməliyyatları, düşmənin qanunsuz hərbi obyektlərinin bir neçə dəqiqə ərzində yerlə-yeksan edilməsi Azərbaycanın qətiyyətli, eyni zamanda ədalətli və barışmaz mövqeyinin göstəricisidir.

S.Kərimli onu da bildirib ki, cavab əməliyyatları nəticəsində bir neçə hakim yüksəkliklərin nəzarətə götürülməsi, düşmənin xeyli sayda canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsi ilə şəhid olan hərbçimizin də qisası dərhal və misli ilə alınıb: "Düşmən bütün bunlardan nəticə çıxarmalı, qisasın bundan sonra da amansız olacağını bilməlidir. Əks halda Dəmir yumruğun öldürücü gücü yerində olacaq.

Bu gün bütün dünya, beynəlxalq təşkilatlar Ermənistana ciddi təzyiqlər göstərməlidir. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edilməldir. Azərbaycan bölgədə yeni müharibənin, hərbi qarşıdurmanın qəti əleyhinədir. Ölkəmiz Cənubi Qafqazda uzunmüddətli sülhə və təhlükəsizliyə nail olmaq istəyir. Son proseslər isə göstərir ki, sülh mane olmaq istəyən yeganə qüvvə Ermənistandır", - S.Kərimli vurğulayıb.

Əlverişli hədlərdə yeni mövqelərin qurulması üzrə mühəndis işləri görülür  Anar Eyvazov like
  • 03 Avq 20:51  
Siyasət Əlverişli hədlərdə yeni mövqelərin qurulması üzrə mühəndis işləri görülür Anar Eyvazov

Azərbaycan Ordusunun avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvə

arrow Ətraflı
Qeyriadi muzey like
  • 03 Avq 20:48  
Digərləri Qeyriadi muzey

Niderlandın Rotterdam şəhərindəki qeyri-adi memarlıq tikililərindən biri

arrow Ətraflı
Azərbaycan Ordusunun “Qisas” əməliyyatı ilə bağlı mətbuat konfransı keçirilir like
  • 03 Avq 20:41  
Siyasət Azərbaycan Ordusunun “Qisas” əməliyyatı ilə bağlı mətbuat konfransı keçirilir

Azərbaycan Ordusunun avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvə

arrow Ətraflı
Ceyhun Bayramov Toivo Klaar ilə Qarabağdakı vəziyyəti müzakirə edib like
  • 03 Avq 20:39  
Siyasət Ceyhun Bayramov Toivo Klaar ilə Qarabağdakı vəziyyəti müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının

arrow Ətraflı
İstirahətə 5 min ödəyib, şoka düşüblər: "Biz cəhənnəmdəyik" like
  • 03 Avq 20:25  
Digərləri İstirahətə 5 min ödəyib, şoka düşüblər: "Biz cəhənnəmdəyik"

Britaniyadan olan həyat yoldaşları "Tui" turizm şirkətindən Kari

arrow Ətraflı
Yayın çanta trendlərindən xəbərdar olun!  FOTO like
  • 03 Avq 20:18  
Digərləri Yayın çanta trendlərindən xəbərdar olun! FOTO

Dəbli aksesuar hətta ən sadə geyimi belə zənginləşdirə bilir. Parlaq r

arrow Ətraflı
Avqustun əsas makiyaj trendi  FOTO like
  • 03 Avq 19:57  
Digərləri Avqustun əsas makiyaj trendi FOTO

Dərinizin yağlı parıltısından xəcalət çəkdiyiniz üçün kirşan və k

arrow Ətraflı
Halk ad günündə faciəvi şəkildə öldü like
  • 03 Avq 19:22  
Dünya Halk ad günündə faciəvi şəkildə öldü

San-Pauludan olan inşaatçı Valdir Seqatonun adı çoxdan təkcə öz vətəni

arrow Ətraflı
Erməni silahlılarının canlı qüvvəsi və çoxlu sayda döyüş sursatları məhv edilib  MN like
  • 03 Avq 19:14  
Siyasət Erməni silahlılarının canlı qüvvəsi və çoxlu sayda döyüş sursatları məhv edilib MN

Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir

arrow Ətraflı
Müdafiə Nazirliyi “Qisas” əməliyyatının təfərrüatlarını açıqlayıb  VİDEO like
  • 03 Avq 19:08  
Siyasət Müdafiə Nazirliyi “Qisas” əməliyyatının təfərrüatlarını açıqlayıb VİDEO

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Az

arrow Ətraflı
Fatimə Türkiyədə like
  • 03 Avq 18:52  
Şou-biznes Fatimə Türkiyədə

Rəqqasə Fatimə Fətəliyeva səhhətində yaranan problem səbəbində Türki

arrow Ətraflı