"Şaqman" aşdı: ölən var


Digərləri 03 Avq 2022 21:23:00 242 0

"Şaqman" aşdı: ölən var

Şamaxıda ölümlə nəticələnən yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Şamaxı rayonunun Göylər Dağ kəndində "Şaqman" markalı yük avtomobilinin aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1964-cü il təvəllüdlü Səfərov İlqar Əlikişi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.