Qadın boşanmasını qeyd etdiyi məclisdə ofisianta aşiq oldu


Digərləri 03 Avq 2022 18:12:00 169 0

Qadın boşanmasını qeyd etdiyi məclisdə ofisianta aşiq oldu

Avstraliyanın Melburn şəhər sakini boşanması şərəfinə məclisdə işləyən yarıçılpaq ofisiantla eşq yaşayıb, onunla evlənib və uşaq dünyaya gətirib.

Son.az bildirir ki, bu barədə "The Mirror" məlumat yayıb.

Bir neçə il əvvəl 29 yaşlı Qabriella ərindən boşanıb və boşanmasının şərəfinə ziyafət təşkil etmək qərarına gəlib. O, üstü paltarsız işləyən ofisiantları dəvət edib.

Ofisiantlardan biri, 28 yaşlı Con Landolfi onun marağını görüb və ertəsi gün qadına yazaraq özünü necə hiss etdiyini soruşub. Axşam yenidən görüşən cütlük bir ay sonra birlikdə yaşamağa qərar verib. Tezliklə Con Qabriellaya evlilik təklifi edib və qadın razılaşıb.