Bu tibb işçilərinin əməkhaqqına əlavənin


Digərləri 03 Avq 2022 18:38:00 113 0

Bu tibb işçilərinin əməkhaqqına əlavənin

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına edilən müddətli əlavənin vaxtı uzadılıb.

Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb.

Qərara əsasən, bu müddət sentyabrın 1-dək uzadılıb.

Əvvəl bu müddət iyulun 1-dək nəzərdə tutulmuşdu.

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına edilən əlavələrin müddəti də sentyabrın 1-dək uzadılıb.