40 yaşlı üç uşaq anası “Miss Rusiya 2022” seçildi FOTO


Şou-biznes 03 Avq 2022 18:20:00 272 0

40 yaşlı üç uşaq anası “Miss Rusiya 2022” seçildi  FOTO

40 yaşlı moskvalı Nina Bannaya "Miss Rusiya 2022" gözəllik müsabiqəsinin qalibi olub. 

Son.az bizim media-ya istinadən xəbər verir ki, sözügedən yarışmada ümumilikdə ölkənin hər yerindən 25 qadın iştirak edib.

Ən gənci Rostovdan olan 21 yaşlı finalçı, ən yaşlısı isə Moskva vilayətindən olan 64 yaşlı iştirakçı olub.

Nina evlidir, beynəlxalq otel biznesinə sahibdir və üç övladı var - 16, 15 və 11 yaşında. Bannaya idmanı və səyahəti sevir, sosial tədbirlərdə iştirak edir, "Instagram"da məşhurlarla fotolar paylaşır.