Azərbaycanın Ukraynaya aviabomba göndərdiyi yalanı


Dünya 03 Avq 2022 15:08:00 67 0

Azərbaycanın Ukraynaya aviabomba göndərdiyi yalanı

Son.az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

Aydındır ki, indiki vəziyyətdə bu cür yalanları istənilən ölkənin şübhəli "mənbələri" üzərindən uydurub yaymaq mümkündür

Ermənistanın internet seqmentində Azərbaycana qarşı növbəti dəfə yalan iddialar yayılıb. "Rusiyanın sosial şəbəkələri və müxtəlif ölkələrin KİV-ləri Rusiya-Ukrayna münaqişəsində neytral kimi görünən Azərbaycanın Ukraynaya aviabombalar göndərdiyinə dair məlumatlar var", - deyə "Armenpress" bildirir.

Erməni saytı iddia edir ki, Rusiyanın "Wings of war" ("Wings of War") Teleqram kanalı Azərbaycanın 2022-ci ilin aprelində gizli şəkildə hərbi sursat tədarük etdiyini yazıb. Guya bu barədə sənədləri İraqın "Saberen News" TG kanalı yayıb. Bu "sənədlərə əsasən", "CIHAZ" Sənaye Birliyi (Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərən təşkilat) Ukraynanın "Ukrspetsexport" dövlət şirkətinə aviabombalar göndərib. Yük daşımaları Ukraynanın "Meridian" aviaşirkəti tərəfindən - Xartum hava limanından (Sudan) Polşaya, oradan isə Ukraynaya ötürülüb. Erməni saytının istinad etdiyi bu yalanı niyə uydurmaqlarının məqsədi isə sonda açıqlanır: "Beləliklə, Ukraynadakı silahlı münaqişə ilə bağlı rəsmi neytrallığa baxmayaraq, Azərbaycan (müəyyən dərəcədə Türkiyə) Ukrayna Silahlı Qüvvələrinin yüksək dəqiqlikli bombalarla silahlanmasında birbaşa iştirak edib. Bu bombalardan nə qədəri Rusiya Federasiyasına, Luqansk və Donetsk Xalq respublikalarına qarşı istifadə olunub?"

Aydındır ki, indiki vəziyyətdə bu cür yalanları istənilən ölkənin şübhəli Teleqram "mənbələri" üzərindən uydurub yaymaq mümkündür. Təsadüfi deyil ki, bu "xəbər" nədənsə, erməni saytının diqqətini çəkib. Məqsəd isə aydındır: Azərbaycanı və Türkiyəni qaralamaq və Rusiya ilə münasibətlərinə xələl gətirmək. Bu cür yalanları uyduranlar unudur ki, müasir dövrdə bu cür silah qaçaqmalçılığını gizli etmək mümkün deyil. Rusiya isə Ukraynaya hər bir silahın ötürülməsinə böyük ölçüdə nəzarət imkanına malikdir.

Yada salaq ki, bir müddət əvvəl Rusiyanın bir sıra teleqram kanalları bu dəfə erməni mənbələrinə istinadən xəbər yaymışdı ki, Zaporojye vilayətində rus ordusu ilə Ukrayna Silahlı Qüvvələrinin istifadəsində Azərbaycan istehsalı olan 82 millimetrlik 20N5 minaatanları var. Rusiya teleqram kanallarının bu cür iddiaları təkrar-təkrar yaymaqda məqsədi nədir?

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Ukraynanın Azərbaycan silahlarına ehtiyacının olmadığını bildirdi: "Azərbaycanın Ukrayna müharibəsində ortaya qoyduğu əsas mövqe Ukraynanın ərazi bütövlüyünü tanıması ilə bağlıdır. Belə münasibət Rusiyanı qane etməsə də, Azərbaycanın bu mövqeyinə hər hansı təzyiqlər etməyə də imkan vermirdi. Ona görə də zaman-zaman Rusiya və bunu həzm edə bilməyənlər müxtəlif üsullarla bu şəkildə məlumatlar yaymağa çalışırlar. Ermənistandan fərqli olaraq Azərbaycan hələ 2014-cü ildən rəsmi şəkildə Ukraynanın ərazi bütövlüyünü tanıdığını elan etmiş, nəinki Luqansk və Donetski, hətta Krımı belə Ukrayna ərazi kimi tanıdığını bildirmişdir. Həmin vaxtdan bu qərarın qıcığı Rusiyada qalıb. Ermənistan isə daim belə üsullardan istifadə etməklə Rusiyanı Azərbaycana qarşı "tədbirlər" görməyə çağırıb. Azərbaycanın Ukraynaya bombalar verdiyini iddia edən İraq saytını araşdırsan, bunun Yaxın Şərqdə, İraqın özündə aktiv olan erməni, yaxud assuriyan diasporalarına yaxın mətbuat qurumu olduğunu və onların Rusiya kəşfiyyatı ilə əlaqəli olduğunu görmək olar. Əslində isə Rusiya yaxşı bilir ki, Azərbaycan Ukraynaya hər hansı silah göndərmir. Birincisi, istəsə belə buna ehtiyac yoxdur. Çünki ABŞ, Böyük Britaniya, Fransa kimi böyük hərbi büdcəsi olan dövlətlər və digər Aİ üzvləri dəyəri 10 milyardlarla ölçülən müasir silahları daha tez, qısa yollarla, ən əsası kimdənsə çəkinmədən, büdcəsinə və hərbi potensialına təsir göstərmədən rahatlıqla göndərirlər. Bu proses xeyli müddətdir ki, daha da sürətlənib. Azərbaycandan alınacaq silaha isə ehtiyac yoxdur. İkincisi isə istər ölkəmizdə mövcud olan, hələ ki müxtəlif vəzifələrdə oturan "5-ci kolon" nümayəndələri vasitəsilə, istərsə də özünün malik olduğu texniki imkanlar vasitəsilə Rusiya belə bir hadisənin olub-olmamasını dəqiqləşdirə bilər. Düşünürəm ki, rəsmi Kreml özü sussa da, müxtəlif vasitələrlə bu cür şayiələri tirajlayıb gələcəkdə Azərbaycana təzyiqlər etmək üçün zəmin hazırlayır. Amma dediyim kimi, Ermənistanla bağlı hər şey aydındır. Onlar Ukrayna məsələsində indiyədək elə bir mövqe sərgiləyiblər ki, Qərbdə onları həmişə müdafiə edən dairələri də pis vəziyyətdə qoyublar. O səbəbdən onlar bu gün Rusiya ilə Azərbaycan arasında gərginlik yaranmasını özləri üçün vacib iş kimi qəbul edirlər. Mən hesab edirəm ki, söhbət Rusiyanın Azərbaycana qarşı hansısa açıq təhdidlərindən, təzyiqlərindən getmir. Son illər bütün sahələrdə - xüsusilə hərbi sahədə Türkiyə və Azərbaycan arasında inkişaf edən münasibətlər bu ehtimallara artıq yer vermir. Amma Azərbaycan daxilində mövcud olan, şərti olaraq "5-ci kolon" adlandırılan, həm iqtidarın, həm də müxalifətin içində olan, mətbuata sızmış insanların əli ilə ölkədə gərginliklər, caxnaşmalar yaratmağa cəhd edə bilər. Niyə cəhd deyirəm? Ona görə ki, düşünürəm Rusiyanın Azərbaycana əvvəlki kimi təsir etmək imkanları yoxdur və son variantı olaraq dediyim insanlardan istifadə etməyə çalışa bilər. Amma son günlər bununla bağlı müxtəlif səviyyələrdə həyəcan təbili çalınıb və inanıram ki, proses tezliklə tam nəzarətə götürüləcək".

Siyasi şərhçi Azər Hüseynov də fərqli düşünmür: "Ukrayna özü silah istehsal edir. Bir də onu Rusiya ilə müharibəyə təhrik etmiş Qərb silah verir. Bizim silahlar gedişi dəyişməz. Azərbaycana qarşı Ukrayna ssenarisinin olmaması üçün diqqətli və rasional davranmaq lazımdır. Ermənilər bu iddiaları yaymaqla Azərbaycana qarşı Rusiyadan istifadə etmək istəyirlər. Azərbaycan buna görə yarıhərbi dövlət olma həqiqətini qəbul etməlidir. Hərbçi dövlət-savaşçı millət sistemi olmalıdır. Bu arada xalqımız millilik dərəcəsini artırmalıdır. Tarixinə, dininə, dilinə və perspektiv iddiasına sahib çıxmalıdır. Bu problemlər, sadəcə, texnokratik həllini tapa bilməz. İdeoloji və sistematik olmalıdır. Bizi əhatə edənlərin ideoloji hədəflərinə baxın və bizə baxın. Ermənilərin iddialarına və digər təhlükələrə qarşı durmaq yox, onları fikirlərinin çıxdığı yerə qaytarmaq üçün ideoloji kriterlərinin kütləvi olduğu dövlət olmaq lazımdır".

Acun like
  • 03 Avq 14:28  
Şou-biznes Acun

"Survivor 2022" yarışmaçısının iştirakçılarından olan Batuh

arrow Ətraflı
Hərbi liseylərə qəbul imtahanının like
  • 03 Avq 14:26  
Digərləri Hərbi liseylərə qəbul imtahanının

Müdafiə Nazirliyinin hərbi liseylərinə 2022-ci il iyulun 31-də keçirilən

arrow Ətraflı
Dünya “Nensi böhranı”na girov düşür: Rusiya ABŞÇin savaşını like
  • 03 Avq 14:20  
Dünya Dünya “Nensi böhranı”na girov düşür: Rusiya ABŞÇin savaşını

Son.az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

arrow Ətraflı
“Cibində pulun, arxanda adam yoxdursa, heç kimsən” like
  • 03 Avq 13:56  
Şou-biznes “Cibində pulun, arxanda adam yoxdursa, heç kimsən”

"Davam etmək üçün fikir, sponsor, maliyə lazımdır. Nə qədər bacar

arrow Ətraflı
Ağamirzə: “Mənim üçün İmam Hüseyn anamdan, nəslimdən artıqdır” like
  • 03 Avq 13:24  
Şou-biznes Ağamirzə: “Mənim üçün İmam Hüseyn anamdan, nəslimdən artıqdır”

"Dədə-babadan görmüşük ki, Məhərrəmlik gələndə iki ay insanlar

arrow Ətraflı
Lavrov Pelosinin Tayvana səfərini belə like
  • 03 Avq 13:16  
Digərləri Lavrov Pelosinin Tayvana səfərini belə

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri Va

arrow Ətraflı
Çində uşaq bağçasına silahlı hücum like
  • 03 Avq 13:08  
Dünya Çində uşaq bağçasına silahlı hücum

Çinin şərqindəki Tszyansi əyalətində 1 nəfərin uşaq bağçasına silah

arrow Ətraflı
Nə vaxt evdən çıxırdısa, əri döyürdü...  8 illik evliliyin faciəli sonu like
  • 03 Avq 13:00  
Digərləri Nə vaxt evdən çıxırdısa, əri döyürdü... 8 illik evliliyin faciəli sonu

İranın Gülüstan əyalətinin Qonbəd-e Kavus şəhərində yaşayan 1995-ci

arrow Ətraflı
AlbanUdi Xristian Dini İcmasının üzvləri Hadruta gediblər  FOTO like
  • 03 Avq 12:56  
Digərləri AlbanUdi Xristian Dini İcmasının üzvləri Hadruta gediblər FOTO

Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən qədim Alban məbədi nö

arrow Ətraflı
Rəsmi Bakıdan like
  • 03 Avq 12:54  
Siyasət Rəsmi Bakıdan

Azərbaycan ərazisində baş verən insidentin bütün məsuliyyəti qonşu dö

arrow Ətraflı
Sevda əri ilə yenidən like
  • 03 Avq 12:52  
Şou-biznes Sevda əri ilə yenidən

Müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovla Avropaya yollanıb.

arrow Ətraflı
Bu gün Laçında şəhid olan əsgərimizin FOTOsu like
  • 03 Avq 12:48  
Digərləri Bu gün Laçında şəhid olan əsgərimizin FOTOsu

Bu gün şəhid olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgə

arrow Ətraflı
Sabahın havası  Bakıda 37 dərəcə isti, rayonlarda like
  • 03 Avq 12:28  
Digərləri Sabahın havası Bakıda 37 dərəcə isti, rayonlarda

Avqustun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağ

arrow Ətraflı
Zülfiyyə Xanbabayevanın üzündəki dəyişiklik diqqət çəkdi  FOTO like
  • 03 Avq 12:20  
Şou-biznes Zülfiyyə Xanbabayevanın üzündəki dəyişiklik diqqət çəkdi FOTO

Xalq artisti Zülfiyyə Xanbabayeva yeni paylaşımı ilə diqqətləri üzərin

arrow Ətraflı