Hərbi liseylərə qəbul imtahanının


Digərləri 03 Avq 2022 14:26:00 314 0

Hərbi liseylərə qəbul imtahanının

Müdafiə Nazirliyinin hərbi liseylərinə 2022-ci il iyulun 31-də keçirilən qəbul imtahanının nəticələrini elan edilib.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər imtahan nəticələri, "cavab kartı" və "cavab vərəqə"nın qrafik təsviri, həmçinin qiymətləndirmə meyarları ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 1735 abituriyentdən 41 nəfər imtahana gəlməyib.