AlbanUdi Xristian Dini İcmasının üzvləri Hadruta gediblər FOTO


Digərləri 03 Avq 2022 12:56:00 198 0

AlbanUdi Xristian Dini İcmasının üzvləri Hadruta gediblər  FOTO

Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən qədim Alban məbədi növbəti dəfə Udilər tərəfindən ziyarət olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Alban-Udi Xristian Dini İcmasının üzvləri Xocavəndin Çinarlı kəndində Ağxaç kilsəsində olublar. Uzun illərdən sonra X-XII əsrə aid olan kilsələr əsl sahibləri olan alban udiləri qarşılayır.Onlar burada dini ayin icra edərək, şamlar yandırıb, dualar oxuyublar.

Qeyd edək ki, Xocavənd rayonunun Hadrut qəsəbəsində​ yerləşən Alban kilsələri tarix-memarlıq abidəsi olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınıb.